Cəmiyyət

"Papanin"də metro tikintisi nə vaxt yekunlaşacaq? - RƏSMİ AÇIQLAMA - VİDEO

26 Aprel 2018 21:09
1 Şərh     Baxış: 8 229
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində, "Papanin" kimi tanınan ərazidə tikilməkdə olan metrostansiyada işlər sürətləndirilib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, həmin stansiyada işlərin gələn il yekunlaşdırılması planlaşdırılır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, stansiyada 3 lift və 17 müasir tipli eskalator quraşdırılacaq.

Bundan başqa, qurum tərəfindən elektrik deposu və əlavə metrostansiyanın tikinti işləri aparılır.

Qeyd edək ki, Bakı Metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu var. "Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi"nə əsasən gələcəkdə stansiya sayının 76-ya, elektrik deposunun isə 6-ya çatdırılması nəzərdə tutulub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.