Cəmiyyət

“Yüksələn Avrasiyada Türkiyə-Rusiya əlaqələrinin gələcəyi” - VİDEO

26 Aprel 2018 21:07
0 Şərh     Baxış: 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Üçüncü qüvvələr var ki, Türkiyə-Rusiya əməkdaşlığında maraqlı deyillər. Onlar dünyanı hansısa bir xaosa və qarışıqlığa salmaq istəyərdilər".

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu fikirlər bu gün Antalyada öz işinə başlayan Rusiya-Türkiyə konfransında səsləndirilib.

Konfransda çıxış edənlər rus və türk xalqları arasındakı əməkdaşlığın, qarşılıqlı münasibətlərin vacibliyinə toxunublar.

''Yüksələn Avrasiyada Türkiyə-Rusiya münasibətlərinin gələcəyi" adllı konfransda hər iki ölkənin iş adamları, tanınmış ictiami-siyasi xadimləri və mətbuat nümayəndələri iştirak edir.

Siyasi və iqtisadi bölmələrdə keçiriləcən konfransda təhsil, enerji, bankçılıq, inşaat, müdafiə sənayesi, kənd təsərrüfatı, turizm, nəqliyyat və digər sahələrdə iki ölkənin əməkdaşlığının daha da genişlənməsi imkanları müzakirə olunur.

Tədbirdə çıxış edən Rusiya Ümumxalq İttifaqı Partiyasının üzvü Sergey Baburin bildirib ki, Rusiya Türkiyə ilə Avropa üçün birləşdirici xətt rolunu oynaya bilər: "İki ölkə prezidentinin atdıqları addımlar ölkələri daha da yaxınlaşdırır və yeni əməkdaşlıq imkanları açır". Rusiyalı siyasətçi üçüncü qüvvələrin bu əməkdaşlığı qısqandığını və mane olmağa çalışdığını deyib.

Təşkilat Komitəsinin sədri Çingiz Özgencil açıqlamasında bildirib ki, iki ölkənin dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında keçirilən görüşlərdə 2019-cu il Türkiyə-Rusiya Münasibətləri İli elan edilib və konfransın hədəfi bu ərəfədə iki ölkə arasında iqtisadi münasibətlərin daha da dərinləşdirilməsi imkanlarının araşdırılmasıdır.

Konfransda Azərbaycandan media mənsubları da iştirak edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Yüksələn Avrasiyada Türkiyə-Rusiya əlaqələrinin gələcəyi"

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.