Cəmiyyət

Azərbaycanda tikinti proseduru sadələşib - VİDEO

25 Aprel 2018 22:06
0 Şərh     Baxış: 2 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya Bankının hazırladığı "Doing business" hesabatına əsasən Azərbaycanda tikinti prosedurları 21-dən 10-a endirilib. Bu isə sahibkarların bu sahəyə maraq göstərməsi və tikinti ilə məşğul olması üçün geniş imkanlar yaradır.

Milli.Az bildirir ki, bunu Bakı şəhər İcra Hakimiyyətində sahibkarla görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. Görüşdə 30-dan çox tikinti şirkəti rəhbərlərinin qatıldığı görüşdə sahibkarlara tikinti icazələrinin "Bir pəncərə" prinsipi ilə verildiyi diqqətə çatdırılıb.

Ekspertizası tələb olunmayan tikinti obyektlərinin siyahısının genişləndirildiyini diqqətə çatdıran Vüsal Qasımlı onu da qeyd edib ki, tikinti prosesinin layihələndirilməsi prosesi də xeyli asanlaşıb.

Görüşdə islahatların davam etdirilməsi üçün tikinti şirkətlərinin səmərəli təklifləri nəzərə alınıb. Tikinti şirkətlərinin rəhbərlərinin yeniliklərlə bağlı suallar veriblər və öz təkliflərini irəli sürüblər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda tikinti proseduru sadələşib

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.