Cəmiyyət

Kartof yığımı başlanıb - Qiymət Bakı bazarlarından 2-3 dəfə ucuzdur - VİDEO

25 Aprel 2018 21:57
2 Şərh     Baxış: 5 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabadda istixana şəraitində yetişən kartofun yığımına başlanıb.

Milli.Az bildirir ki, ilk vaxtlar qiymətlər yaxşı olsa da son günlərdə məhsulun sürətlə ucuzlaşması kəndliləri narahat edib. Onların sözlərinə görə, məhsuldarlıq ötən illə müqayisədə xeyli yüksək olsa da qiymətlər müəyyən işbazlar tərəfindən süni şəkildə aşağı salınır.

Məhsulun ixracını həyata keçirən həmin şəxslər hər kənddə məhsulun çox və az olmasına görə fərqli qiymətə qəbul edirlər. Ən aşagı qiymət isə kartofun daha çox əkildiyi Maşlıq kəndində müşhidə olunur. Bu kənddə bir kq kartof 50 qəpiyə alınır.

Kəndlilərin sözlərinə görə, qiymətin aşağa düşməsi Rusiyada kartofun qiymətlərin ucuz olması ilə əlaqələndirilsə də, bu, əslində belə deyil. Məlum olub ki, kəndlilərdən ucuz qiymətə alınan kartof xarici bazarda buradakından azı 2 dəfə baha qiymətə satılır.

Cəlilabad rayonunda təkcə son 4-5 gün ərzində kartofun qiyməti 30-40 qəpiyə kimi aşağa düşüb.Torpaq sahibləri gələn aydan açıq sahələrdə məhsul yığımının başlaması ilə kartofun qiymətinin tamamilə dəyərsiləşəcəyindən narahatdırlar. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Kartof yığımı başlanıb - Qiymət Bakı bazarlarından 2-3 dəfə ucuzdur

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.