Cəmiyyət

Sürücülərin DİQƏTİNƏ: Benzini qarışdırma bu fəsadlara yol açır! - VİDEO - FOTO

25 Aprel 2018 17:41
0 Şərh     Baxış: 3 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində benzini qarışdırıb-qarışdırmamaq haqda sujet efirə gedib.

Bəzən avtomobil alan sürücülər onun texniki göstəricilərinə deyil, istehsal olunduğu ilə daha çox önəm verir. Məlum olduğu kimi istehsal ili yeni olan avtomobillərin əksəriyyəti "Aİ 92" ilə müqayisədə baha olan "Aİ 95" və ya premium oktanlı benzin ilə işləyir. İlk vaxtlar bəzi sürücülər bu məqama diqqət etsələr də sonradan büdclərinə qənaət etmək məqsədi ilə avtomobilə "Aİ 92" və "Aİ 95" oktanlı benzinləri qarışırdıraraq tökür. Bununla sürücülər kompromis əldə etməyə çalışır.

Elə sürücülər də var ki, mühərriki təmizləmək məqsədi ilə müxtəlif növlü yanacaqları qarışdırır. Misal üçün "Aİ 92" ilə çalışan nəqliyyat vasitəsinə "Aİ 95" markalı benzin tökür və mühərrikin təmizlənəcəyini düşünür.

Vüsal Nəbiyev (usta): "Proqramlar 95-ə görə yazılıb. Biz onu qarışdıranda maşında bəzi hissələr sıradan çıxır".

Yanacaq növünün aşağı keyfiyyətlisi ilə əvəz edilməsi də yol verilməzdir. Nəticədə az yanma olur, avtomobilin gücü azalır və ən əsası, mühərrikindən çıxan tullantı qazlarında zərərli maddələrin miqdarı artır.

Bəxtiyar Əmirli (ekspert): "Əgər istehsalçı zavodun məsləhətinə uyğun yanacaq tökülməzsə, qidalandırma sistemində problemlər yarana bilər. Avtomobillərin hansı yanacaq növü ilə işlədiyini müəyyən etməyə gəlincə isə bu istehsal ili, ölkəsi və istifadəsi nəzərdə tutlduğu coğrafi əraziyə görə dəyişir".

Peşəkarların ümumi rəyindən göründüyü kimi sürücülər yanacğa qənaət etmək istəyirsə, kiçik həcmli mühərriklə istehsal olunmuş avtomabil alması tövsiyə olunur. Əks halda benzinin keyfiyyətini azaltmaqla qənaət etdiyi pulları bir müddət sonra mühərrikin təmiri üçün xərcləməli olacaq.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

​Sürücülərin DİQƏTİNƏ: Benzini qarışdırma bu fəsadlara yol açır!

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.