Cəmiyyət

Duanın yerinə yetməsinə mane olan 8 amil

26 Aprel 2018 23:40
4 Şərh     Baxış: 3 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər kim duasının yerinə yetməsini istəyirsə, gərək əvvəlcədən duasına mane olan amilləri aradan qaldıra bilsin. Bu amillər ilə tanış olaq:

1. Günah. Günah insana 3 cür təsir qoyar:

a) Dua etmək tövfiqini aradan aparar.

b) İnsanın qəlbini qəsavət bağladığı üçün, Allaha diqqət etməz və ağlaya bilməz. Milli.Az deyerler.org-a istinadən bildirir ki, başqa sözlə desək, qəlb hüzuru əldə edə bilməz.

c) Duası yerinə yetməz. İmam Əli (ə) buyurur: "Günah, duanın yerinə yetməsini aradan aparar". Ona görə də "Kumeyl" duasında oxuyuruq: "Allahım, dualarımın yerinə yetməsinə mane olan günahlarımı bağışla!".

2. Xoş günlərdə dua etməyi tərk etmək. Allah Təala Həzrət Davuda (ə) vəhy edir: "Məni xoş və əmin-amanlıq günlərində yada sal ki, Mən də sənin çətin və giriftar əyyamındakı dualarını qəbul edəm".

3. Valideynə itaətsizlik etmək.

4. Namazları əvvəl vaxtda qılmamaq.

5. Söyüşə adət etmək.

6. Mömin insanlara qarşı sui-zənn etmək və pis niyyətli olmaq.

7. Mömin bacı və ya qardaşlarla ikiüzlü rəftar etmək.

8. Zəif insanlara rəhm etməmək.

İnsan gərək özünü hesaba çəksin, bu xüsusiyyətləri özündə aşkar etməyə çalışsın və islah etmək üçün hərəkətə keçsin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.