Cəmiyyət

Səhiyyə Nazirliyindən qızılca ilə bağlı maraqlı AÇIQLAMA

24 Aprel 2018 22:46
3 Şərh     Baxış: 5 317
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda Azərbaycanda uşaqlar arsında suçiçəyi xəstəliyinə yoluxmada artım müşahidə edilmir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, suçiçəyi xəstəliyinə yoluxma tək-tək hallarda qeydə alınır:

"Bizə daxil olan məlumatlar da onu göstərir ki, hazırda ölkədə suçiçəyinın yayılması problemi yoxdur. Bununla bağlı vəziyyət tam sabitdir. Xəstəlik adi, mövsümü qaydada qeydə alınır və artım müşahidə edilmir".

A.Əliyeva qeyd edib ki, ölkədə qızılca xəstəliyinə yoluxma isə ümumiyyətlə, qeydə alınmır:

"2013-cü ilin iyul ayından sonra Azərbaycanda qızılcaya yoluxan şübhəli bir xəstə qeydə alınmayıb. Azərbaycanda qızılca, məxmərək tam eliminasiya (ləğv edilmə) olunub. Azərbaycanda yerli yoluxma hadisələri qeydə alınmır. Eyni zamanda, gətirilmə hal da yoxdur. Hazırda vəziyyət tam sabitdir, bir hadisə belə yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.