Cəmiyyət

İki qardaş həmkəndlilərinə 10-dan çox bıçaq xəsarəti yetiriblər - YENİLƏNİB

25 Aprel 2018 08:30
0 Şərh     Baxış: 2 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

25.04.2018

08:30

Cəlilabadın Privolniye kəndində rayon sakinini bıçaqlayan şəxslərdən biri saxlanılıb, digəri isə qaçıb.

Milli.Az report.az-a istinadən bildirir ki, axşam saatlarında kənd sakini Şahmarov Elvin Şirbala oğlu qardaşı Elgün ilə birlikdə qonşusu 1989-cu il təvəllüdlü Şükürov Elməddin Cavid oğluna 10-dan çox bıçaq xəsarəti yetiriblər. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Hadisəni törədən qardaşlardan biri - Elvin Şahmarov saxlanılıb. Digər şəxs - Elgün Şahmarov isə qaçaraq, istintaqdan yayınıb.

Faktla bağlı istintaq araşdırması davam edir.

-----------------

24.04.2018

22:16

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə axşam saatlarında Privolniye kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakinləri Elgün Şahmarovla Elməddin Xəlil oğlu Şükürov arasında mübahisə yaranıb. Mübahisə zamanı E. Şahmarov üzərində gəzdirdiyi bıçaqla E. Şükürova çoxsaylı bıçaq zərbəsi vuraraq hadisə yerindən uzaqlaşıb.

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunmaq üçün Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.