Cəmiyyət

Taksometri olmayan taksi sürücüləri cərimələnəcəklər - VİDEO

24 Aprel 2018 21:14
0 Şərh     Baxış: 1 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Taksi fəaliyyəti ilə məşğul olan sürücülər avtomobillərinə taksometr cihazı qoymasalar cərimə eiləcəklər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bununla bağlı məsələ ötən gün İnzibati Xətalar Məcəlləsinə edilən dəyşiklikdə yer alıb.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov mövzu ilə bağlı bildirib ki, hazırda Bakı şəhərində çox az taksi fəaliyəti ilə məşğul olan avtomobillərdə taksometr var. Onun sözlərinə görə, taksometr cihazının bütün bu işlə məşğul olan avtomobillərə quraşdırılması olduqca çətindir.

Qeyd edək ki, məsələ bir müddət əvvəl gündəmə gəldikdə Dövlət Yol Polisi taksi sürücülərinə bu qurğu olmadığına görə İnzibati Xətalar Məcəllləsinin 322.0.2-ci maddəsinə əsasən 40-50 manat cərimə yazırdılar. Amma dünən təsdiqlənən dəyişikliyə görə, təkcə taksometrin olmamasına görə yox, həm də onun nasaz və ya plombu pozulmuş olmasına görə cərimə müəyyən edilir. Amma həmin cərimə yanlız gələn ilin yanvar ayından tətbiq edilə bilər.

Yəni bu o deməkdir ki, həmin müddətə qədər taksi fəaliyyəti ilə məşğul olan şəxslər avtomobillərinə taksometr cihazı quraşdırmalıdırlar. Əks halda yanvarın 1-dən 40-50 manat cərimə ediləcəklər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Taksometri olmayan taksi sürücüləri cərimələnəcəklər

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.