Cəmiyyət

Siyəzəndə 27 yaşlı gənc yoxa çıxıb - VİDEO

24 Aprel 2018 21:08
1 Şərh     Baxış: 1 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Siyəzəndə aprelin 20-dən itkin düşən 27 yaşlı gənc hələ də tapılmayıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, rayon sakini Mirzəcan Bayramov 4 gün əvvəl işdən gəldikdən sonra çantasını evə qoyub və harasa gedib. Valideynləri səhəri gün onun evdə olmadıgını bilib və axtarışlara başlayıblar. Mirzəcanın yaxınları axtarışlar zamanı onun paltarını və telefonunu Taxtakörpü Ceyranbatan su kanalının Siyəzən rayon ərazisindən keçən hissəsindən tapıblar.
Qohumları dərhal aidiyyatı üzrə gəncin itməsi barədə müraciət ediblər.
Rayon polis şöbəsindən verilən məlumata görə, müraciət daxil olandan itkin düşən şəxsin axtarışları davam edir. Mirzəcan Bayramov evlidir, 1 övladı var.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Siyəzəndə 27 yaşlı gənc yoxa çıxıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.