Cəmiyyət

Azərbaycanın əməkdar artisti vəfat etdi

24 Aprel 2018 20:10
4 Şərh     Baxış: 7 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın əməkdar artisti Nazim Ağayev vəfat edib. 

Milli.Az report.az-a istinadən bildirir ki, o, uzun sürən xəstəlikdən sonra 79 yaşında dünyasını dəyişib. 

N.Ağayev Lənkəran rayonunda torpağa tapşırılacaq. 

Qeyd edək ki, N.Ağayev 1939-cu il yanvarın 2-də Bakı şəhərində anadan olub. 1962-ci ildə Teatr İnstitunun Musiqili komediya fakültəsinə daxil olub, 1967-ci ildə oranı müvəffəqiyyətlə bitirib. 1967-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib. Ə.Bakıxanovun dəvəti ilə xalq çalğı alətləri orkestrinin solisti olub, həmçinin Ağası Məşədibəyovun rəhbərliyi ilə ansamblda çalışıb. 1978-ci ildən "Azkonsert" Dövlət konsert-qastrol birliyinin solisti olub, müxtəlif vaxtlarda 7 bədii filmdə çəkilib. Barəsində "Bəxtimə düşən sənət" sənədli filmi çəkilib. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə əməkdar artist fəxri adina layiq görülüb.

Allah rəhmət eləsin! 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.