Cəmiyyət

Azərbaycanda yeni nazirlər - FOTO

23 Aprel 2018 22:48
Baxış: 6 467
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aşağıdakı şəxslər ilk dəfə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri təyin edilib:

Ekologiya və təbii sərvətlər naziri - Muxtar Bahadur oğlu Babayev;

Təhsil naziri - Ceyhun Əziz oğlu Bayramov;

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri - Fuad Rauf oğlu Muradov;



Dövlət Gömrük Komitəsinin sədri - Səfər Məmməd oğlu Mehdiyev;



Dövlət Turizm Agentliyinin sədri - Fuad Hümbət oğlu Nağıyev;



Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi - Vüsal Əfqan oğlu Hüseynov.



21 apreldə verilən sərəncamda isə aşağıdakı şəxslər nazir vəzifəsinə təyin olunub:

Əmək və əhalinin sosial müdafiəsi naziri - Sahil Rafiq oğlu Babayev;



Kənd təsərrüfatı naziri - İnam İmdad oğlu Kərimov;



Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri - Samir Rafiq oğlu Nuriyev;



Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri - Rövşən Şükür oğlu Rzayev.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.