Cəmiyyət

Hindistanlılar və iranlılar toy etmək üçün Azərbaycanı seçir - VİDEO

23 Aprel 2018 21:08
2 Şərh     Baxış: 2 263
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda toy edən turistlərin sayı artıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, turizm şirkətləri son dövrlər xüsusən Hindistan və İrandan olan turistlərdən toy təklifləri alırlar.
Turizm üzrə ekspert Rəhman Quliyev bildirir ki, ölkəmizdə toy etmək istəyən turistlərin müəyyən tələbləri olur. Onlar əsasən toy edilən məkanda öz milli mətbəxlərindən olan yeməklərin bişirilməsini istəyirlər.

Rəhman Quliyevin sözlərinə görə, bu təcrübə Türkiyədə bir neçə il bundan əvvəl tətbiq edilib və turizm sahəsinin inkişafına öz müsbət təsirini göstərib. Ekspert bildirir ki, xarici turistlərin toy etməklə baglı təkliflərinin artması ölkə turiziminin inkişaf etməsinə kömək edəcək.

Bu arada, Azərbaycana gələn turistlərin sayı getdikcə artır. Bunu rəsmi statistika da təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin I rübündə ölkəyə üz tutanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13% çox olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Hindistanlılar və iranlılar toy etmək üçün Azərbaycanı seçir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.