Cəmiyyət

Səbir, rza, təslim məqamı – oxşar və fərqli cəhətləri

23 Aprel 2018 23:15
6 Şərh     Baxış: 1 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər kim təvəkkül məqamına çatar, özü üçün iradə və qüdrət görməz, hər şeyi Allahdan bilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Rza məqamında olan insan həmçinin özü üçün iradə və qüdrət görməz, hər şeyi Allahdan bilər və razı olar. Səbir məqamı ilə rza məqamının fərqi bundadır ki, insan səbir məqamında acıları görər, ancaq savaba çatmaq üçün səbir edər. Ancaq rza məqamında olan insan heç bir zaman acı görməz. Gördüyü hər şey gözəl və şirindir. Çünki Məhbubu tərəfindəndir.

Təslim məqamı isə elə bir məqamdır ki, rza məqamından da yüksəkdir. Təslim məqamında insan artıq özünü görməz ki, desin, mən bunu bəyənirəm. Hər nəyi varsa - Allaha təslimdir, gördüyü ancaq Allahdır.

Allah Təala hər birimizə bu yüksək məqamı dərk etməyi nəsib etsin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.