Cəmiyyət

Sosial şəbəkələr haqda qanun olacaq? - VİDEO - FOTO

23 Aprel 2018 14:41
Baxış: 1 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Günə doğru" verilişində sosial şəbəkələr haqda qanunun olması ilə bağlı maraqlı süjet yayımlanıb.

Azərbaycanda sosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsi mexanizmi hazırlana bilər. Bu təkliflə ombudsman Elmira Süleymanova çıxış edib.

İnsan Hüquqları üzrə Müvəkklinin fikrincə, insanların şərəf və ləyaqəti alçaldan ifadələri işlədən və sosial şəbəkələrdə bunu tirajlayanlara qarşı xüsusi tədbirlər görülməlidir. Dünyanın bir çox ölkəsində bununla bağlı xüsusi qanunun olduğuna diqqət çəkən ombudsman eynı addımın Azərbaycan üçün də atılmalı olduğu qənaətindədir. Bir müddət öncə parlamentdə Hikmət Məmmədov da oxşar çıxış etmişdi. O, Transmilli şirkətlərin bu işlərə cəlb olmasını təklif etmişdi.

Milli Məclisin deputatı Elmira Axundova Azərbaycanda media kimi sosial şəbəkələrin də azadlığının dövlətin əsas istiqamətlərindən olduğunu deyir. Amma millət vəkili indiki məqamda nəzarət mexanizmini vacib sayır.

Elmira Axundova (Millət vəkili): "Qanunverici təşəbbüslərlə çıxmalıyıq. Mən bilirəm ki, belə təşəbbüslər var. Müəyyən bir mərkəz yaradılmalıdır. Onu dövlət nəzarəti kimi qəbul etməyək. Sivil yolla nəzarət kimi hesab edək".

Ekpertlər, eləcə də, ziyalılar Azərbaycanda informasiya əldə edilməsi üçün bütün şəraitin olduğu halda, sosial şəbəkələrdən fərqli ampluada istifadəni düzgün saymır. Hərçənd elə bu şəbəkələr də kütləvi informasiya vasitələri üçün indiki məqamda əsas mənbələrdən sayılır. Millət vəkili Əflatun Amaşov ombudsamın təqdim etdiyi hesabatda irəli sürülən bu kimi halların dəqiqləşdirilməli olduğunu deyib.

Əflatun Amaşov (Millət vəkili): "İnformasiya əldə etməklə bağlı məsələlərlə əlaqədar ciddi məşğul olunmur. Buna imkan olmur. Hesabatdan da görünür ki, bu məsələ ilə bağlı ombusdmana nə qədər müraciət olunub".

Söhbət istifadəni məhdudlaşdırmadan getmir. Burada əsas məsələ səhifə və profillər vasitəsi ilə söyüş və təhqirlərin qarşısını almaqdan gedir. Hələlik təklif kimi səsləndirilən bu fikirlərin müzakirə olub-olunmayacağı bilinməsə də, gələcəkdə xüsusi mexanizmin hazırlanacağına şərait yaradır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Sosial şəbəkələr haqda qanun olacaq?

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.