Cəmiyyət

Günün qoroskopu: kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, nisyəyə aldanmayın

15 May 2018 00:01
44 Şərh     Baxış: 14 404

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - yaşamdan həzz alın, dəyişə bilməyəcəyiz situasiyalara görə bədbinliyə qapılmayın. Süst və tənbəllik etməyin. Aktiv və təşəbbüskar olsanız, işlərdə nailiyyətlər qaçılmazdır.

Günün ikinci yarısında alış-verişə yollanmaq olar. Çoxdan bəri almaq istədiyiniz əşyaya və ya məhsula yiyələnə bilərsiniz.

Bədxərclik etməyin.
 

Buğa - peşəkar fəaliyyətinizlə bağlı yeniliklər və ya dəyişikliklər ola bilər. Canınızı boğaza yığan, əsəblərinizi gərən iş yerini daha maraqlı, sərfəli işə dəyişmək imkanı yaranır. Şansı əldən verməyin.

Günün ikinci yarısında önəmli hadisə yaşana bilər. Nüfuzlu və hadisələrə təsir imkanlarına malik insanla tanış olacaqsınız.

Axşam saatlarına yaxın yaşam potensialının səviyyəsi bir qədər aşağı düşəcək. Özünüzü çox yormayın.

Əkizlər - səhhətinizdə yaranmış problemi həll etməyə tələsin. Lakin qarşınıza çıxan ilk həkimə inanmayın. Düşünülməmiş addım atmayın - sağlamlığınızı peşəkara etibar edin. İlkin diaqnoz sizi qorxutmasın. Unutmayın ki, həkimlər arasında - təəssüflər - peşəkarlıqdan çox uzaq adamlar az deyil.

Günün ikinci yarısında bəzi problemləri həll edə biləcəksiniz. Ailədəki çətinlik aradan qalxır. Fəndgir və çevik olsanız, gözləniləndən daha artıq gəlir əldə edə bilərsiniz. Yaxınlarınızla münasibətlərinizdəki münaqişəni çözün. Həssas və qayığkeş olmağa çalışın.
 

Xərçəng - həllini uzun müddətdən bəri təxirə saldığınız bəzi məsələləri çözmək zamanıdır. Yeni tanışlıqlar olacaq. İşgüzar təkliflər alacaqsınız. Qərar verməyə tələsməyin.

Günün ikinci yarısında dostlarla və işgüzar tərəfdaşlarla görüş olacaq. Şəxsi münasibətlərdə laqeyd, hərdəmxəyal olmayın. Belə davranış sevdiyiniz insanı pərişan edə bilər.

Daha çox pul qazanmağın yollarını arayanda avantüraya baş vurmayın. Riskli işləri götür-qoy edin, səbatlı addım atın.
 

Şir - səhər saatlarından etibarən aktiv olun. Şəxsi münasibətlərdə çətinliklər yaranacaq. Dəyər verdiyiniz insanla münaqişəyə yol verməmək üçün sakit, soyuqqanlı olun. Hirslənsəniz belə, emosiyalarınıza nəzarət edin.

Günün ikinci yarısında peşəkar fəaliyyət sahəsində önəmli yenilik olmayacaq. İşdə kadr dəyişiklikləri yoxdur. Rasionunuza fikir verin. İzafi çəkidən qurtulmağı düşünməyin vaxtı çatmayıbmı?

Axşam saatlarında kompüter qarşısında çox vaxt keçirməyin. Mobil telefona saatlarınızı qurban verib gözlərinizdə yorğunluq yaratmayın.
 

Qız - çətin, qarışıq, laübəli gündür. Emosional durumunuz depressiya ilə nəticələnməsin. İndiki problemlərin də bir sonu olacaq və onlar gerildə qalacaq. Vəziyyətinizə şükr edin, ətalətə qapılmayın.

Günün ikinci yarısında şəxsi münasibətlərinizdəki donuqluğu aradan qaldırın. Sevdiyiniz insanın çətinliyini qulaqardına vurmayın.

Sizi tərifləyən insanların bəziləri səmimi, bəziləri isə riyakardır. Bunu bilin.
 

Tərəzi - genişmiqyaslı, önəmli layihəyə başlamağın zamanıdır. Etibar etdiyiniz tərəfdaşla, inandığınız insanla çalışın. Yeni əməkdaşlıq təkliflərini ciddi götür-qoy edin. Tamahınıza əsir olaraq tələsik qərar verməyin.

Günün ikinci yarısında uzunmüddətli səfərə çıxmayın. Problemləri yerindəcə həll etməyə çalışın. Şəxsi münasibətlərdə həddən artıq güzəştə gedərək buyruq quluna çevrilməyin. Mənasız qurbanlar gərək deyil, çünki onlar qiymətləndirilməyəcək.

Əqrəb - arzulardan, xəyallardan qorxmayın. Qarşınıza qoyduğunuz məqsədə doğru inadla addımlayın. Cəsur planlarınızdan bəziləri reallığa çevrilə bilər.

Yalandan, dezinformasiyadan özünüzü qoruyun. Bədxahların şərəfsizliyinə təmkin və soyuqqanlı şəkildə cavab verin. Hədsiz humanizm təslimçilikdir. Fatuma kor-koranə inanıb, tərki-dünya fikirlərə qapılmayın. Həyatı bir dəfə yaşayırsınız və haqqı nahaqqa qurban verərək zalımın qarşısında susmayın.

Günün ikinci yarısında şirin dillərə, cazibədar vədlərə inanmayın. Yaxın ətrafınızdakı insanların təzyiqi altında qərar qəbul etməyin. Yüz ölçüb, bir kəssəniz, işlərinizdə uğur qazanacaqsınız.
 

Oxatan - peşəkar fəaliyyət müstəvisində böyük uğurlara bel bağlamayın. İşdə rəhbərlikdən tərif və ya mükafat gözləməyin. Tənqid edilməsəniz, töhmət almasanız, artıq yaxşıdır.

Yeni tərəfdaşlıq üçün əlverişli zamandır. Hesablamalarda və sənədləşdirmə işlərində diqqətli olun.

Günün ikinci yarısında aktiv çalışın. Əyləncə və istirahəti təxirə salın. Ailə qayğılarını, yaxınlarınızın problemlərinin həllini unutmayın.

Sevdiyiniz insana dəyər verin.

Oğlaq - çoxdan bəri yarımçıq qalan, həlli sürəkli ertələnən probelmin çözülməsi üçün əlverişli zamandır. Həddən artıq çalışmayın. Əks təqdirdə faydalı iş əmsalınız aşağı düşəcək, rutin və cari işlərin öhdəsindən çətinliklə gələcəksiniz. Əlavə iş, sifarişlə razılaşmazdan əvvəl qüvvənizi, potensialınızı dəqiq qiymətləndirin.

Günün ikinci yarısında sağlam məntiqi hisslərə qurban verməyin. Təmkinli və soyuqqanlı olun. Hansısa qərar verməzdən əvvəl situasiyanı yaxşıca nəzərdən keçirin. Yaxın ətrafınızdakı insanlardan birinin qayğılı görkəminin səbəbini anlamağa çalışın.

Axşam saatlarında normal istirahət edin.

Dolça - qəfil hadisələrin sizin üçün xoşagəlməz sürprizlərə çevrilməsinə imkan verməyin. Mühüm problemin həllinin variantları nə qədər çox olarsa, çözüm şansı bir o qədər artır. Sevdiyiniz insanın davranışında anlaşılmaz məqamları sezəndə "istintaq"a başlamayın. Heç bir səbəb olmadan münaqişə yaratmamaq üçün soyuqqanlı davranın, hisslərinizi cilovlayın.

Günün ikinci yarısında bütün diqqəti işə yönəldin. Maraqlı təklif və ya əməkdaşlıqla bağlı sorğu, yeni iş üçün sifariş olarsa, gəlir imkanını əldən verməyin.

Kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, nisyəyə aldanmayın.
 

Balıqlar - işdə problemlərin yaranmasına imkan verməmək üçün özünüzü hər sahədə peşəkar kimi göstərməyə çalışmayın. Bacardığınız işi görün. Yalanın ömrünün qısa olduğunu unutmayın. Aqressiv və sərt davranmayın - əks təqdirdə yaxınlarınızdan, dostlarınızdan biri ilə mübahisə qaçılmazdır.

Təşəxxüslü, eqoist olmayın.

Günün ikinci yarısında vədlərinizi yerinə yetirin. Yorulubsunuzsa, bir qədər dincəlin.

Axşam saatlarını kompüter və ya televizor qarşısında keçirməyin.

Divan oturmaq üçündür...

Milli.Az

loading...

Şərh yaz:

44 Şərh:

  • Anonim
    Əli proqnoz.№ · 15 May 00:0136

    SƏN VƏ MƏN

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 May 00:0168

    Sabahiniz uqurla acilsin.

    Cavab yaz
    • Anonim
      Nurlana · 15 May 09:2403

      Cox sag ol canim seninde

      Cavab yaz
    • Anonim
      Harlnpasa · 15 May 11:2003

      Sizinde prensesss

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 May 00:0221

    2 gündüz Milli.az yoxsam. Başım xeyir işə qarışır diyə ola bilmirəm. Bu gündən artıq daimolacam inşallah

    Cavab yaz
    • Anonim
      Eli qardaşıma · 15 May 09:1012

      Dünen bütün günü gözüm sizin yazıları axtarıb Eli qardaşım xoş geldin

      Cavab yaz
    • Anonim
      Nurlana · 15 May 09:2512

      Bashiniz her zaman xeyir,ishlere qarishsin qaqashim.

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 15 May 09:4244

        Eli muellim men bilirdim hetta Avqustdan sonra sen daha az yazacaqsan buralara esas odur xeyir isler olsun Ayin 23-u Allah qoysa mohtesem tebrikler yazacam

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 May 00:0347

    Status-Ata baş tacıdı Atasiz heyat acidanda acidi Ana her gün iylediyim en gozel gülümdü Anasiz heyat ölümdende betər zülümdü

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 May 00:0347

    Status-Atasiz olmak arxasiz,Anasiz olmak çaresiz olmak demekdi

    Cavab yaz
  • Anonim
    Ayinka · 15 May 00:0422

    Geceniz xeyre qalsin hamiya wirin yuxular,haminin seherI ugurlu olsun Amin Amin

    Cavab yaz
    • Anonim
      Nurlana · 15 May 09:2301

      Amin. Cox sagolun Ayinka xanim

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 May 00:0401

    BÜRCLƏR HAQQINDA--✭.✭.✭~519~✭.✭.✭-cu BÖLÜM--Bürclərin özəl xüsusiyyətləri

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 May 00:0556

    Status-Getdikce aqlim basimdan cixir ''O'' isə menim aqlimdan çıxmır ki, çıxmır..

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 May 00:0512

    Sevəcəksənsə - Xərçəng, Qoç

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 15 May 09:0224

      O ooooooo papam Xerceng men Qoc bizi sevmek en boyuk ve mohtesem xosbextlikdiiiiii Seveceksense ya biri qocu ya da xercengi sev bir omur boyu xosbext ol ! Dubbeduuuzzzz

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 May 00:0532

    Dərdini bölüşəcəksənsə - Dolça, Oğlaq

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 May 00:0657

    Status-Etdiyim səhvlərə görə pesiman deyilem Səviyyesiz insanlara görə itirdiyim zamana pesimanam.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 May 00:0633

    Davaya gedəcəksənsə - Qız, Buğa

    Cavab yaz
    • Anonim
      Tural · 16 May 22:2700

      Ayda Oldüm Gülmekden ))))))))))))))))))))))) davaya geden bürcler Axı Men davakar Deyilem

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 May 00:0603

    Içəcəksənsə - Oxatan, Şir

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 May 00:0667

    Status-İnsan menevi cehetden guclu olanda ozun xosbext hiss edir

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 May 00:0703

    Həyatına məna qatmaq üçün - Əkizlər, Tərəzi

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 15 May 00:0703

    Uzun uzun sevmək üçün - Balıq

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 May 00:0764

    Status-Her seydən şübhə edən ürəyə qara ləkələr düşər.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 May 00:0857

    Status-3 növ dost var-1 nan dostu yani çörək dostu 2 can dostu 3 zaman dostu yani zəmanə dostu Calisaq can dostu qazanaq

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 May 00:0947

    Status-Ruzinin az miqdarina da Şükr edən insanin ruzisin Allah hec vaxt kesmez.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 May 00:1167

    Status-terbiyeli insan qehqehe ile gülmez, tebbesumle kifayetlener.

    Cavab yaz
    • Anonim
      Nurlana · 15 May 09:2203

      Hamisina likeee canim menim

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 15 May 10:1005

        Cox saq ol canim var ol

        Cavab yaz
  • Anonim
    Şemkirli · 15 May 07:2403

    Salam millet her vaxtiniz xeir necesiz.Gunay haralardasan deli niye yazmirsan ay etibarsiz??

    Cavab yaz
  • Anonim
    _Krasaviç_ · 15 May 07:3333

    Oxatan burcu 2018 Xoruz ili Oxatanlar üçün çox uğurlu, sevincli keçib, çox xoşbəxt dəqiqələr hədiyyə edib. Bundan başqa, bu bürcün nümayəndələri əsas prioritetlərini və həyatdakı doğru yolunu artıq müəyyənləşdiriblər. Sarı İt ilində isə optimizm yalnız artacaq. Səyahətlər yeni sevinclər, tanışlıqlar və xoş təəssüratlar gətirəcək. Sizin öz bilik və istedadınızı göstərmək üçün yeni imkanlarınız yaranacaq, bu da ətrafdakıları razı salacaq. İt ilində onlar ən ağlasığmaz layihələri uğrunda cəsarətlə mübarizə apara bilər və Tamara Qlobanın proqnozu əmin edir ki, onlar planlarını ən yüksək səviyyədə həyata keçirəcəklər.

    Cavab yaz
  • Anonim
    _Krasaviç_ · 15 May 07:3633

    Oxatan - May 2018 boyunca sizin həyatınızın eşqi "iş" olacaq. Eşq planeti Venera və Oxatanın cütlər evinin idarəçisi Merkuri Oxatanın iş evində olacaq. Zarafat bir yana, Oxatanların əlaqələri və karierləri bəlli bir şəkildə əlaqəlidir. Bəlkə də siz və partneriniz əvvəldən olduğundan daha çox və ya daha əhəmiyyətli ortaq iş görəcək və ya müəyyən məsuliyyətləri paylaşacaqsınız. Arada sırada bəzi mübahisələr olsa belə və ünsiyyət problemləri ortaya çıxsa belə bu işi zövqlə görəcəksiniz. İşinizlə bağlı səyahət edərkən və ya professional görüşmə zamanı biriylə qarşılaşa bilərsiniz. Bəlkə də məktəb/kollec/liseydən yoldaşlarınızdan biriylə əlaqə başlaya bilər. Böyük səy göstərəcəksiniz, lakin nəticədə məmnun qalacaqsınız. Bəlkə də zövqlü hərəkətsizlik yaşayacaq amma məmnun olacaqsınız. Marsın və Saturnun Oxatanda olmağıyla, May 2018 çətinliklərlə şiddətli mübarizə və sıx fəaliyyətlərlə dolu çətin bir dövr olacaq. Bu bir qisim Oxatanlar üçün belə olacaq. Digərləri üçünsə Marsın retrogradda olmağı maneə törədilmiş

    Cavab yaz
  • Anonim
    _Krasaviç_ · 15 May 07:3833

    təşəbbüs və hərəkət mənasını verməkdədir. Vəziyyət nə olursa olsun hamısının öhdəsindən gələ biləcəksiniz. Oxatanın iş evində meydana gələcək Günəş - Merkuri - Venera üçlü qovuşması şanslı bir vəziyyətə işarə edir, xüsusilə karier evinizdəki Yupiter və pul evinizdəki Plutonla əmələ gətirdiyi uyğun bucaqlar düşünüldüyü zaman. Beləliklə problemlər olsa da, professional olaraq durnanı gözündən vuracaq, eqonuzu və ciblərinizi şişirəcəksiniz! May 2018 boyunca Merkuri və Venera Oxatanın sağlamlıq evlərinin birində olacaq və sağlamlığınıza marağınız artacaq. Ya sizin hərəkətə keçmənizi tələb edən vəziyyətlər ortaya çıxacaq, ya da Günəş - Merkuri - Venera üçlüyü özünüzü daha yaxşı hiss etmənizi təmin edəcək bir iş görməyiniz üçün sizi təşviq edəcək. Bəlkə də daha əvvəl əhəmiyyət vermədiyiniz kiçik sağlamlıq problemlərinizi həll edəcək, və ya müalicə və diyetə başlayacaqsınız. Bədən baxımı və ya kosmetik proseduralara da yönələ bilərsiniz

    Cavab yaz
  • Anonim
    _Krasaviç_ · 15 May 07:4043

    Oğlaq - Ulduzlar, 2018-ci il bu zodiak bürcündə doğulan insanlar müsbət və ya mənfi müxtəlif hadisələri gözləyir. İlin əvvəli sizdə savaşmaq arzusu formalaşacaq. Bu da potensial olaraq bəzi sıxıntılar mənasına gələ bilər. Əgər bir növ hakimiyyətlə (məsələn, şefiniz) bağlı bir münaqişədə həddən artıq inadkarlıq etsəniz , bu sizin üçün o qədər yaxşı nəticələnməyə bilər. 2018-ci ilin bahar aylarında qarşı cinsdən biriylə münasibətə maraq göstərəcəksiniz. Bürc, subay olanlara bu dövrdə bir çox macəra və hətta eşqbazlıq vəd edir. Üstəlik, təssadüfi bir tanışlıq böyük bir məhəbbətə çevrilə bilər. Etməniz lazım olan tək şey, çətinliyi sınamaq və səbir etməkdir. Bu il Oğlaqlar üçün karyera cəhədən də uğurlu olacağı gözlənilir. Uğura nail olmaq istəyirsinizsə, istedadlı olduğunuzu göstərmək üçün mükəmməl bir zamandır. Bu dövrdə əlaqələriniz sabit qalacaq, buna görə yaxın ətrafınızda meydana çıxan münaqişələr haqqında narahat olmağınız lazım deyil. İlin sonuna doğru, ətrafınızdakı hadisələr sakitləşəcək.

    Cavab yaz
    • Anonim
      Krasavcike · 15 May 10:3311

      Oglaq haqqinda basqa ne deyir

      Cavab yaz
      • Anonim
        _Krasaviçik_ · 15 May 11:1112

        2018 yılının ortalarına doğru sosyal hayatınız büyük ölçüde değişim gösterecek. Kişisel olarak sürekli bir olgunluk içerisinde olduğunuz için sizden yaş olarak daha büyük kişi veya kişilerle arkadaşlık kurabilir ve hatta bu yıl aşk yaşayabilirsiniz. Yeni bir ilişkiye başlamadan önce istediğiniz gibi davranabiliyorsunuz ancak ilişkiye başladığınızda kendinizi gerginliğin içine bırakıyorsunuz resmen. Aşk hayatınızda da rahat davranmaya çalışın.

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 May 09:04310

    Fotodan 7-ci sekil menim olsun

    Cavab yaz
    • Anonim
      _Krasaviç_ · 15 May 10:3824

      Samaxılı☺ salam incimisen menden"men dünen zarafat eledim sene:)

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 15 May 11:3424

        Həri bir az incidim küsmüsdüm eeeeee men bir az tez xetrime deyir ona gore bir az küsen fason oldum kecdi getdi barışaqda daha küsmürem

        Cavab yaz
        • Anonim
          _Krasaviçik_ · 15 May 12:1623

          Senin xetrine ☺mələməmiş quzu kəsim barışaq oxuyursan yoxsa qutarmisan

          Cavab yaz
          • Anonim
            Esraya++ krasavicee · 15 May 12:2850

            ELE, HER IKINIZ EYNI AGILDASIZ

            Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 15 May 10:4337

      Mehrimcannnn cox saq ol sekli menim ucun secdinnnn var ol bacimmm

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.