Cəmiyyət

"Necə ola bilər sizdən başqa birisi səmanın və yerin zinəti olsun?"

24 Aprel 2018 22:10
1 Şərh     Baxış: 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmam Hüseyn (ə) nəql edir: "Mən Peyğəmbərin (s) yanına gəldim və Həzrət (s) mənə buyurdu: "Afərin sənə, ey Əba Abdullah! Ey səmanın və yerin zinəti!".

Orada olan şəxs dedi: "Ya Rəsulallah! Necə ola bilər sizdən başqa birisi səmanın və yerin zinəti olsun?".

Həzrət (s) buyurdu: "And olsun o Kəsə ki, məni haqq olaraq peyğəmbər məbus etmişdir! Hüseyn ibn Əlinin (ə) səmadakı məqamı yerdə olan məqamından daha yüksəkdir. Həqiqətən də İlahi əşrdə yazılmışdır: "Hüseyn (ə) - hidayət çırağı və nicat gəmisidir"".

Həzrət İmam Baqir (ə) buyurur: "Bizim davamçılarımıza əmr edin ki, Hüseynin (ə) qəbrinin ziyarətinə getsinlər. Çünki Hüseynin (ə) qəbrini ziyarət etmək ruzini artırar, ömrü uzadar və təhlükəli hadisələrin qarşısını alar".

İmam Zaman ağaya (ə.f) aid edilən "Nahiyyə" ziyarətində oxuyuruq: "Sən, ey Hüseyn! Allahın Rəsulu (s) üçün övlad, Quran üçün sənəd, ümmət üçün güc idin. Allaha itaətdə şükür edən, əhd sahəsində hafiz və ehtiyatlı idin. Rüku və səcdələrin uzun idi, dünyada zahid və təqvalı idin".

Hindistanın dahi şəxsiyyətlərindən sayılan Qandi İmam Hüseyn (ə) haqqında deyir: "Mən Hindistan xalqı üçün təzə bir şey gətirmədim. Sadəcə Kərbəla qəhrəmanlarının həyat tarixini mütaliə etmək və tədqiq etmək sahəsində nəticə əldə etdim və onu hind xalqına ərməğan etdim. Əgər Hindistana nicat vermək istəyiriksə, gərək o yolu gedək ki, Hüseyn ibn Əli (ə) getmişdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.