Cəmiyyət

O Həzrətin adını Uca Allah qoyub

24 Aprel 2018 22:40
0 Şərh     Baxış: 1 261
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

4-cü hicri ilinin Şəban ayının 3-də Həzrət Əli (ə) ilə Həzrət Fatimənin (s.ə) ikinci övladı olan İmam Hüseyn (ə) kiçik gözlərini dünyaya açdı. O zaman ki, Peyğəmbər (s) bu xəbəri eşidir, qızının evinə tələsir. Əsmaya deyir ki, körpəni onun yanına gətirsin. Körpəni ağ parçaya büküb, Həzrətin (s) yanına gətirdilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) körpənin sağ qulağına azan və sol qulağına iqaməni oxudu.

İmamın (ə) dünyaya gəlməsinin ilk günlərində Cəbrayil (ə) nazil olur və Həzrətə (s) buyurur: "Allahın salamı sənə olsun ey Rəsulallah! Bu körpəyə Harunun kiçik oğlu Şubəyrin adını qoy ki, ərəb dilində Hüseyn olar.

Çünki Əli (ə), sənin üçün Harunun Musa ibni İmran (ə) üçün olduğu kimidir, bir fərqlə ki, sən peyğəmbərlərin xatəmisən".

Beləliklə, bu gözəl körpənin adını Hüseyn qoydular. Körpənin dünyaya gəlişinin yeddinci günündə əqiqə qurbanı kəsildi. Körpənin saçını kəsib, o miqdarda gümüşü sədəqə verdilər.

Həzrət Peyğəmbər (s) bu dünyanı tərk edən zaman İmam Hüseynin (ə) 6 yaşı var idi.

Peyğəmbər (s) bu nəvəsi haqqında o qədər xəbərlər vermiş və onu əziz tutmuşdu ki, hamı artıq bu uşağın üçüncü İmam (ə) olacağından xəbərdar idilər.

Salman Farsi nəql edir: "Gördüm ki, Peyğəmbər (s) Hüseyni (ə) dizinin üstündə otuzdurub öpür. Sonra buyurur: "Sən dahisən, dahinin oğlusan və dahilərin atasısan. Sən - İmam, İmam oğlu və İmamların atasısan. Sən Allahın hüccəti, Allahın hüccətinin oğlu və 9 nəfər olan Allah hüccətlərinin atasısan. Onların xatəmi Qaim (ə.f) olacaqdır"".

Peyğəmbərlə (s) İmam Hüseyn (ə) arasında olan səmimi və sevgi dolu rabitəni bu hədisdə daha aydın görmək olur. Belə ki, Peyğəmbər (s) buyurur: "Hüseyn (ə) məndəndir, mən də Hüseyndənəm (ə)".

Salam olsun sənə, ey Seyyidi-şühəda!

Salam olsun sənə, ey Zəhranın (s.ə) gözünün nuru!

Salam olsun sənə, ey Qaimin (ə.f) əziz atası!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.