Türkiyədə daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarının sayı artıb. Bunun isə bir sıra səbəbləri var. Türkiyədəki xüsusi müxbirimiz Vüsalə Abbasova məhz bu səbəbləri araşdırıb.
Son illərdə Türkiyədə daşınmaz əmlak sahibi olan həmvətənlərimizin sayı durmadan artır. Statistik göstəricilər onu deməyə əsas verir ki, Türkiyədə xarici vətəndaşlara satılan ümumi əmlak sayında ölkəmizi ilk beşliyin içində yer alır. Dünyanın ən metropol şəhərlərindən biri olan İstanbula maraq isə daha çoxdur. Bəs görəsən Türkiyədə mülk sahiblənməyin faydaları nələrdir?
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Türkiyənin statistika xidmətinin məlumatına görə bu il ölkədə mənzil satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14 faiz azalsa da xarici ölkə vətəndaşlarına, xüsusilədə, Azərbaycanlılara satılan mülk sayında yüksəlmə var. Həmvətənlərimiz təkscə son iki ildə 100-dən çox torpaq sahəsi və 1000-nə yaxın ev alıblar. bu ölkədə mülk alan vətəndaşlarıın bir qismi yaşamaq üçün mənzil alsalarda əksəriyyəti buna invesitisiya gözü ilə baxır.
Ekspert deyir ki, xüsusilə İstanbulda mənzillərin qiymətlərində illik artım olduqca yüksəkdir. Bu şəhərdə yeni alınan mənzili bir neçə ildən sonra kifayət qədər yüksək məbləğə satmaq mümkündür.
Türkiydə evlərin aylıq kirayə qiymətlərinin yüksək olması da vətəndaşları burada ev almağa cəlb edən digər amildir. Bu xüsusi ilə də böyük şəhərlər üçün keçərlidir.
Şəhərlərə gəlincə həmvətənlərimizin əsasən istanbul və tətil zonaları olan Bodrum Antalya Quşadası kimi yerlərə üstünlük verirlər.
Türkiyənin əmlak qanunvericiliyində mülksahibi olan həmvətənlərimizə bir sıra imtiyazlarda tətbiq olunur. Məsələn sənədləşdirmə işlərində sadəcə xarici pasport tələb olunur. Daşınmaz əmlak sahibi olan həmvətənlərimiz eyni zamanda daimi yaşamaq hüququ əldə edirlər.
Milli.Az