Cəmiyyət

Dövlət Turizm Agentliyi nələri dəyişəcək? - VİDEO

21 Aprel 2018 21:06
0 Şərh     Baxış: 2 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mədəniyyət və turizm sahələrinin bir-birindən ayrılması bu sahələrin sürətli inkişafına səbəb olacaq. Xüsusilə turizm sahəsində ayrıca agentliyin yaradılması bu sahənin problemlərini daha çevik həll etməyə imkan verəcək. Millət vəkilləri bu struktur islahatının müasir dövrün bir çağırışı olduğunu qeyd ediblər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Mədəniyyət və Turizm sahələrinin bir-birindən ayrılması hər iki sahənin ayrılıqda sürətli inkişafına səbəb olacaq. Bunu Xəzər Xəbərə müsahibəsində Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Cavanşir Feyziyev deyib. O, struktur islahatlarının xüsusilə turizmin inkişafını sürətləndirəcəyini vurğulayıb.

Cavanşir Feyziyev bildirib ki, son illər bir sıra bölgələrdə çoxsaylı iri turizm obyektləri inşa olunub. Bunun nəticəsində turistlərin yerləşməsi üçün imkanlar müasirləşib və genişlənib. Ancaq bu, hələ də Azərbaycanın turizm potensialını tam əks etdirmir. Buna görə turizmin inkişafını daha da artıracaq addımlara ehtiyac var.

Onu da qeyd edək ki, dünən dövlət başçısı Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi kimi iki ayrıca dövlət qurumu kimi təşkil edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Dövlət Turizm Agentliyi nələri dəyişəcək?

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.