Cəmiyyət

Atlar örüşdən oğurlandı - VİDEO

21 Aprel 2018 20:57
0 Şərh     Baxış: 762
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabadda kənd sakinlərinə məxsus atlar örüş sahəsindən oğurlanıb. Zərərçəkənlərin sözlərinə görə, oğurluğu həyata keçirmiş şəxslər izlərin itirmək üçün atları keçilməz yollarla aparmağa çalışıblar. Hadisə ilə bağlı polisə məlumat verilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, atlar örüş sahəsindən oğurlanıb. Hadisə Cəlilabadın Ocaqlı kəndində baş verib.

Kənd sakini Bayram Mirzəyev təsərrüfatında olan atı axşam saatlarında otlaması üçün örüş sahəsində hörükləyib. Səhər saatlarında isə atın ipinin kəsilərək oğurlandığını ona deyiblər.Analoji hadisə digər kənd sakinləri Bayram Mirzəyev və Rəhim Mirəzyevin də başına gəlib.Onların da atları həmin gecə ipləri kəsilərək naməlum şəxslər tərəfindən oğurlanıb.Zərərçəkənlərin sözlərinə görə oğurluğu həyata keçirmiş şəxslər izlərin itirmək üçün atları keçilməz yollarla aparmağa çalışıblar.

Bunu onların ayaq izlərindən də görmək olur.Artıq hadisə ilə bağlı polisə məlumat verilib.Hadisəni törədənlərin tapılması istiqamətində araşdırmalar davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Atlar örüş sahəsindən oğurlandı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.