Cəmiyyət

Manatın ucuzlaşması üçün heç bir əsas yoxdur - VİDEO

20 Aprel 2018 22:44
Baxış: 1 255
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neftin qiyməti dünya bazarında 70 dollardan yuxarıdır, büdcədə isə neftin bir bareli 45 dollardan hesablanıb. Buna görə 2018-ci ilin dövlət büdcəsinə yenidən baxıla bilər. Milli.Az bildiir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Ziyad Səmədzadə manatın ucuzlaşması ilə bağlı şayiələrə də münasibət bildirib. Parlamentin komitə sədri manatın ucuzlaşması üçün heç bir səbəbin olmadığını vurğulayıb.

Ziyad Səmədzadə ölkədə həyata keçirilən iqtisadi islahatlar nəticəsində Azərbaycanın regionda böyük iqtisadi gücə çevrildiyinə diqqət çəkib.

Parlamentin komitə sədri 15 il ərzində Azərbaycanın əldə etdiyi iqtisadi uğurların bundan sonra da davam edəcəyini bildirib. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Manatın ucuzlaşması üçün heç bir əsas yoxdur - 20.04.2018

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.