Cəmiyyət

Bakıda 6 yaşlı qıza qarşı valideynlərindən İYRƏNC ƏMƏL - VİDEO

20 Aprel 2018 21:45
8 Şərh     Baxış: 7 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balaca Xatirə hələ körpə yaşlarından valideyinləri tərəfindən dilənçiliyə məcbur edilib. Qızcığaz deyir ki, evə az pul aparanda valideynləri ona işgəncə veriblər. 6 yaşlı Xatirə həm ailəsini dolandırır, həm də iki körpə qardaşına baxırmış. Üstəlik, ev işlərini də görürmüş.

Milli.Az bildirir ki, bədənində yanıq izləri və zorakılıq əlamətləri olan Xatirə Bakının Nizami rayonundan tapılıb. 10 gündür sığınacaqda yaşayır. Deyir ki, evinə qayıtmaq istəmir.

Xatirə Ağstafanın Poylu kəndindən olduğunu, hazırda Bakıda kirayə yaşadıqlarını bildirir. Sığınacağa gətirilərkən üzərində 11 manat xırda pul olub. Azərbaycan Uşaqlar Birlyinin sədri Kamala Ağazadə deyir ki, Xatirə güclü zəkaya malik məntiqli uşaqdır. Sağlamlığı ilə bağlı heç bir problem yoxdur.

Xatırənin anasının adı Nuranə, atasının adı isə Suracdır. Məsələ hüquq-mühafizə orqanlarının nəzarətindədir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda 6 yaşlı qıza qarşı valideynlərindən İYRƏNC ƏMƏL: hər gün zorla... - DƏHŞƏTLİDİR

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.