Cəmiyyət

Şamaxıda sürüşmə: Yol ikiyə bölündü - VİDEO

19 Aprel 2018 21:14
0 Şərh     Baxış: 1 454
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxıda yenə sürüşmə baş verib. Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunda asfalt örtüyündə iri çatlar ,çökmələr əmələ gəlib. Yolda təhlükəli vəziyyət yaranıb.

Yolun bir hissəsi çöküb, bəzi yerlərdə isə iri çatlar əmələ gəlib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, son günlər havaların yağıntılı keçməsi Şamaxıda Pirqulu-Dəmirçi yolunda çökmə və çatların yaranmasına səbəb olub.

Aslaft örtüyü ortadan bölünərək 2 hissəyə ayrılıb.3 kəndi birləşdirən Pirqulu-Dəmirçi yolu rayon mərkəzində 22 km uzaqlıqda yerləşir.

Sakinlərin sözlərinə görə, çatların həcmi hər gün artır. Turizm əhəmiyyətli Pirqulu-Dəmirçi yolunda sürüşmənin qarşısı alınmasa yol tamamıylə yararsız hala düşə bilər.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən bildirildi ki,həmin ərazidə sürüşmə ilk dəfədir qeydə alınıb.

Anar Nəcəfli bildirib ki,mütəxəssislər əraziyə baxış keçiriblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Şamaxıda sürüşmə

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.