Cəmiyyət

Tovuzda iki nəfər balıqdan zəhərləndi - VİDEO

19 Aprel 2018 21:08
0 Şərh     Baxış: 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuzda balıqdan zəhərlənən 2 nəfər xəstəxanaya yerləşdiriliblər. Tibbi yardım göstərildikdən sonra onların vəziyyəti normallaşıb. Mütəxəssislər bildirirlər ki, balığın saxlanma rejiminə və istifadə qaydalarına ciddi əməl olunmalıdır. Əks halda bu zəhərlənməylə yanaşı, ciddi xəstəliklərə də yol aça bilər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, iki nəfər balıqdan zəhərlənib.

Hadisə Tovuzun Hunanlar kəndində baş verib. 51 yaşlı Tahir Əliyev və 52 yaşlı İlqar Abbasovun vəziyyəti balıq yedikdən sonra pisləşib. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Tibbi yardım göstərildikdən sonra isə vəziyyətləri normallaşıb.

Mütəxəssislər bildirirlər ki, balıq və balıq məhsullarının saxlanma rejiminə ciddi əməl olunmalıdır. Xüsusən təzə balıqların saxlanma temperaturu normaya uyğun tənzimlənməlidir.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, balıq su hövzəsindən tutulduqdan sonra daşınarkən də temperatur rejimi mütləq gözlənilməlidir. Əks halda məhsul xarab ola və zəhərlənmə yarada bilər. Dondurulmuş balıqları isə donu açıldıqdan sonra yenidən soyuducuya qoymaq, yaxud da dondurmaq olmaz.

Balığı təmizləyərkən də gigiyena qaydalarına əməl edilməlidir. Balıq tam təmizlənmədikdə, yaxud da antisanitar yerdə təmizləndikdə müxtəlif qurd xətəlikləri əmələ gələ bilər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Tovuzda iki nəfər balıqdan zəhərləndi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.