Cəmiyyət

Eyni mənzillər bir neçə nəfərə satılıb - VİDEO

19 Aprel 2018 21:07
0 Şərh     Baxış: 2 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtda eyni mənzillər bir neçə nəfərə satılıb. Üstəlik binanın tikintisi də yarımçıq qalıb. Məlumata görə, həmin tikinti şirkətinin sahibi iki otaqlı mənzili ucuz qiymətə növbəti şəxsə satarkən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, nağd ödəniş edərək ev alan sakinlər nə mənzillərinə köçə bilirlər, nə də pulları qaytarılır. Binadakı bir neçə mənzil eyni vaxtda 3-4 şəxsə satılıb.

Söhbət Paytaxtın Binəqədi rayonu Arif Məmmədov küçəsi 10 ünvanında yerləşən və ''Avro Qrand'' şirkəti tərəfindən inşa edilən bu yaşayış binasından gedir. Bina sakinlərinin dediyinə görə, onların əksəriyəti nağd ödəniş edərək buradan ev alıblar.

Tikintinin yarımçıq qaldığını görən sakinlər araşdırma aparmağa başlayıblar. Bir müddət sonra onlar müəyyən ediblər ki, şirkətin rəhbəri bir mənzili bir neçə şəxsə sataraq onları aldadıb.

''Avro Qrand'' şirkətinin rəhbəri Xanlar Cəfərova dəfələrlə zəng vursalar da onun telefonu sönülü olub. Əlacsız qalan sakinlər məsələ ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər.

Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanovun ''Xəzər Xəbər''ə verdiyi məlumta görə, şirkətin müdri Xanlar Cəfərov saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri də seçilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Eyni mənzillər bir neçə nəfərə satılıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.