Cəmiyyət

Sərgilər bürosu: Azərbaycanın Expo 2025 sərgisini keçirmək üçün bütün imkanları var - FOTO

19 Aprel 2018 20:27
Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Expo 2025 sərgisini keçirmək üçün bütün imkanları var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Beynəlxalq Sərgilər Bürosunun (BIE) araşdırma missiyasının Bakıya səfərinin yekunları ilə bağlı mətbuat konfransında büronun baş katibnin müavini Dimitri Kerkentzes deyib.

"Expo Azərbaycanın potensialını göstərmək üçün növbəti imkan olacaq. Burada olarkən biz gördük ki, Azərbaycan üçün bu layihə milli əhəmiyyət daşıyır".

BIE araşdırma missiyası aprelin 16-dan 19-a qədər Bakıda olub.

Azərbaycan 10 May -10 noyabr tarixlərində Bakı EXPO 2025 sərgisini təşkil etməyi təklif edib. Sərginin təklif olunan mövzusu "İnsan kapitalının inkişafı, daha yaxşı gələcəyin qurulması"dır.

Qeyd edək ki, Yekaterinburq (Rusiya) və Osaka (Yaponiya) da Expo 2025 üçün müraciət edib.

Beynəlxalq Sərgilər Bürosunun (BIE) araşdırma missiyası Yaponiyaya martın 6-8-də, Rusiyaya isə aprelin 2-4-də səfər edib.

Expo 2025 sərgisinin keçiriləcəyi şəhər üçün səsvermə bu il noyabrda keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.