Cəmiyyət

Məsumların bizim halımızdan dəqiq xəbərləri var

21 Aprel 2018 20:15
9 Şərh     Baxış: 1 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Seyyid Abbas Kəmali nəql edir: "İmam Rzanın (ə) hərəmində ziyarətnamə oxumaqla məşğul idim. Dostlarımdan birini gördüm ki, çox qəmli və pərişan halda hərəmdən çıxıb gedirdi. Mənə çatanda, halını soruşdum. Başa düşdüm ki, pulsuzluq onu çarəsiz hala salmışdır.

Ona görə də əlimi cibimə atdım və nə pulum vardısa, çıxardıb ona təklif etdim. O, xəcalətindən qəbul etmədi. Mən ona dedim: "Biz ki, dostuq. Ola bilsin ki, mən də bir gün ehtiyaclı olum və səndən pul istəyim. Gəl bunları götür və xərclə. Ehtiyaclarını aradan qaldır".

O, çarəsiz halda pulları aldı və hərəmdən xaric oldu. Bir müddət sonra ki, bir-birimizi gördük, mənə dedi: "Əziz dostum! Bilirsənmi ki, həmin günü nə baş verdi?".

Dedim: "Xeyr".

Mənə öz əhvalatını danışmağa başladı: "Mən o qədər çarəsiz qalmışdım ki, İmamın (ə) zərihindən yapışdım və dedim: "Ağacan! Mən yoxsulluqdan çox əziyyət çəkirəm. Mənə mərhəmət nəzəri sal. Özün yaxşı bilirsən ki, mən dəfələrlə sənin zərihinə pul atmışam. Səndən istəyirəm ki, zərihinə atdığım həmin pulları mənə inayət edəsən". Bu sözləri deyib, hərəmdən çıxdım. Yolda səni gördüm və sənin mənə verdiyin pulları evdə hesablayan zaman gördüm ki, mənim zərihə atdığım pulların qədərindədir".

Bu zaman dərk etdim ki, Məsumlar (ə) bizim halımızdan necə də dəqiq agahdırlar!".

Allah Təala bizləri Əhli-Beyti (ə) dərk edənlərdən qərar versin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.