Cəmiyyət

Allahın Rəhman sifəti ilə Rəhim sifətinin fərqi

21 Aprel 2018 23:15
1 Şərh     Baxış: 2 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmam Sadiq (ə) buyurur: "Allah hər bir şeyin Allahıdır. Rəhmaniyyəti bütün məxluqlar üçündür. Rəhimiyyəti isə möminlərə məxsusdur".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, təfsirçilərin nəzərinə görə, Rəhman sifəti ümumi sifətdir ki, Allahın bütün məxluqlarına şamil etdiyi rəhmətdir. Bütün hər kəsə şamil olur - istər dost olsun, istər düşmən. İstər mömin olsun, istərsə də kafir.

Allahın bu rəhmət yağışı hamını sirab edər və heç kəs üçün istisna deyildir. İnsanların hamısı İlahi nemətdən bəhrələnir və ruzilərini yeyirlər. Bu, həmin ümumi rəhmətdir ki, Rəhman sifətinə nisbət verilir.

Ancaq Rəhim sifəti xüsusi insanlara şamil edilir. Xüsusilə də saleh və müti bəndələrə. Və günahkarlar və xəbis insanlar bu nemətdən məhrum qalarlar.

Ayətullah Seyyid Sadiq Ruhani buyurur: "Məsumlar (ə) tərəfindən bu barədə nəql olunan hədislərdən belə nəticəyə gəlmək olur ki, Allahın Rəhman sifəti hamıya şamil olar. İstər mömin olsun, istərsə də kafir.

Ancaq Rəhim sifəti xüsusi İlahi rəhmətdir ki, sadəcə möminlərə aid edilir. Bu həqiqət həm dünyada və həm də axirətdə davam edir. Duaların bəzisində bu həqiqətə işarə edilmişdir".

"Cövşən Kəbir" duasında oxuyuruq: "Ey o kəs ki, rəhməti qəzəbini qabaqlayır".

Ona görə də heç kəs İlahi rəhmətdən ümidsiz olmalı deyildir. Çünki İlahi rəhmət hamıya şamil edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.