Cəmiyyət

Azərbaycanda imtahan nəticələri 2 il qüvvədə ola bilər - VİDEO

17 Aprel 2018 21:16
0 Şərh     Baxış: 621

"Gələcəkdə buraxılış imtahanlarının nəticələrinin ən azı 2 il qüvvədə olması nəzərdə tutulur". Bunu jurnalistlərə açıqlamasında dövlət imtahan mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib. Məleykə Abbaszadə dövlət qulluğuna rəhbər vəzifələrə qəbulla bağlı məsələlərdən də danşıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə nəzərdə tutulan bir sıra yeniliklərdən danışıb.

Onun sözlərinə görə,gələcəkdə ali məktəblərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları cari ilin məzunları kimi iki mərhələli - buraxılış və qəbul imtahanlarında iştirak etməlidirlər.Bununla yanaşı gələcəkdə buraxılış imtahanlarının nəticələrinin ən azı 2 il qüvvədə olması planlaşdırılır.

2019-cu ilin buraxılış imtahanlarının cədvəlinin hələlik məlum olmadığını qeyd edən Məleykə Abbaszadə həmçinin Dövlət Qulluğuna rəhbər vəzifələrə qəbulla bağlı məsələlərədə toxunub.Onun sözlərinə görə,bu il ölkədə keçirilən dövlət qulluğu imtahanlarında 3000-dən çox insan iştirak edib. Lakin rəhbər vəzifələri üçün olan imtahanlara çox az insan qatılıb".

Hazırda bu vəzifələr üzrə dövlət qulluğunda kifayət qədər vakansiya var.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda imtahan nəticələri 2 il qüvvədə ola bilər

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.