Cəmiyyət

Ölkə ərazisində 14 stansiya quraşdırılacaq - VİDEO

17 Aprel 2018 21:14
0 Şərh     Baxış: 603

Ölkədə ilk dəfə olaraq yerin dərinlik quruluşu daha dəqiq öyrəniləcək. Nəticədə də daha dəqiq geoloji xəritə hazırlanacaq. Bu, seysmotomoqrafiya işləri üçün yeni quraşdırılan stansiyalar sayəsində mümkün olacaq. Işlərə şimal bölgəsindən başlanılıb və ölkə üzrə davam etdirilir.

Ölkədə seysmotomoqrafiya işləri üçün yeni stansiyalar quraşdırılır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ötən ilin may ayında Respublika Seysmoloji Xidmət Mərkəzi ilə Amerikanın bir neçə tanınmış universitetinin alimləri arasında razılaşma əldə edilib və Azərbaycanda seysmoloji tomoqrafiya aparmaq üçün stansiyaların quraşdırılmasına başlanılıb. "Qafqaz kəsilişi" adlandırılan layihə 4 il müddətinə həyata keçiriləcək və ölkədə ilk dəfə olaraq yerin dərinlik qruluşu daha dəqiq öyrəniləcək. Nəticədə də daha dəqiq geoloji xəritə hazırlanacaq. Stansiyalar ən cüzi zəlzələ təkanlarını da qeydə alır.

Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlinin sözlərinə görə, artıq 4 stansiya quraşdırılıb.

Bu ilin avqustunda isə əlavə 14 stansiya qurşadırılacaq. Stansiyalar İsmayıllı, Quba, və Qusar rayonlarından keçən profil üzrə yerləşdiriləcək. 4 il ərzində stansiyaların yerini dəyişməklə bütün ölkə ərazisinin əhatə etmək nəzərdə tutulub. Daha sonra isə bu stansiyalar neft və digər faydalı yataqların axtarışına yönəldiləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ölkə ərazisində 14 stansiya quraşdırılacaq

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.