Cəmiyyət

Həm məhsuldarlığa təsir edir, həm də su itkisinin qarşısını alır - VİDEO

17 Aprel 2018 21:13
0 Şərh     Baxış: 562

Saatlıda bəzi fermerlər əkin sahələrini yeni üsulla suvarmağa başlayıb. Yeni üsulla həm suya qənaət edilir, həmdə sahənin bərabər suvarılması təmin olunur. Fermerlər bu avadanlığın yalnız 60 % -nin pulunu ödəyir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, həm məhsuldarlığa təsir edir, həm də su itkisinin qarşısını alır.

Hazırda Saatlı rayonunda bir neçə fermer süni yağış adlanan suvarmaya üstünlük verir. Xüsusi qurğu sayəsində həyata keçirilən bu suvarama növü sahənin bərabər suvarılmasını təmin edir və torpağın bərkiməsinin qarşısını alır.

Qurğu saatda 16 ton su ötürmək qabiliyyətinə malikdir.Paralel su paylamaqla yanaşı düzünə hərəkət edən qurğu təzyiq vasitəsi ilə nizamlanır.Bütün bunlar isə daha çox məhsulun əldə edilməsinə imkan yaradır.

Fermerlərin sözlərinə görə qurğu vasitəsi ilə əsasən 3 növ suvarma həyata keçirilir. Pilot, damcılama və süni yağış.Pilot suvarma daha böyük sahələri , damlama üsulu ilə nisbətən kiçik sahəni suvarmaq nəzərdə tutulur. Orta ölçülü əkin sahələrini suvarmaq üçün isə süni yağış modeli daha əlverişldir.

Hazırda fermerlər bu qurğu ilə kartof sahələrinin suvarılmasını həyata keçirir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Həm məhsuldarlığa təsir edir, həm də su itkisinin qarşısını alır

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.