Cəmiyyət

Ağsuda sürücülərə qarşı reyd keçirildi - VİDEO

17 Aprel 2018 21:12
0 Şərh     Baxış: 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağsuda sürücülərə qarşı reyd keçirilib. Yol hərəkəti qaydalarına əməl etməyən, eyni zamanda cərimələrini ödəməyən sürücülər aşkarlanıb. Belə sürücülərə qarşı 82 inzibati protokol yazılıb.

Cəriməsini ödəməyənlər, qayda pozanlar polisdən yayına bilmədi.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə Ağsu rayon Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən reyd keçirilib. Şəhərin mərkəzi küçələrində, xüsusilə də piyada və avtomobillərin sıxlıq təşkil etdiyi ərazilərdə keçirilən reyd zamanı qayda pozuntularına yol vermiş sürücülərə, sənədsiz avtomobil idarə edən, həmçinin tətbiq olunan cərimələri vaxtında ödəməyən sürücülərə qarşı inzibati qaydada tədbirlər görülüb.

82 inzibati protokol yazılıb, 11 nəqliyyat vasitəsi isə müvəqqəti dayanacağa aparılıb. Onlar arasında qanuna tabe olmaq istəməyən xanım sürücülər də olub.

Reydlər davam etdiriləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ağsuda sürücülərə qarşı reyd keçirildi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.