Cəmiyyət

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın - VİDEO

17 Aprel 2018 21:07
0 Şərh     Baxış: 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın olub. İki nəfər əlində silah yanacaqdoldurma məntəqəsinə daxil olub operatorları hədələyib onlardan pul tələb ediblər. Həmin anlar yanacaqdoldurma məntəqəsinin təhlükəsizlik kamerasına da düşüb. Polis bu işdə şübhəli bilinən iki nəfəri tutub. Məlum olub ki, onlar yanacaqdoldurma məntəqəsinə oyuncaq tapança ilə basqın ediblər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, maskalanıb, silahlanan şəxslər yanacaqdoldurma məntəqəsində basqın ediblər.

Hadisə Aprelin 16-da gecə saatlarında paytaxtın Xətai rayonunda baş verib. Həmin anlar yanacaqdoldurma məntəqəsinin təhlükəsizlik kamerasına düşüb. Görüntüdən aydın olur ki, iki nəfər üzlərinə maska taxıb, əllərində tapança məntəqənin ofisinə daxil olurlar.

Silahlıları görən məntəqənin gecə növbəsində olan üç operator çaş-baş qalır. Onlar operatorları silahla hədələyib pul tələb edirlər. Soyğunçular həmin vaxt yanacaqdoldurma məntəqəsinin üç əməkdaşından 867 manat pulu alırlar. Bu vaxt operatorlardan biri mühafizə polisi tərəfindən qorunan ''həyəcan'' siqnalını vurur. Siqnal səsini eşidən cinayətkarlar otaqdan çıxaraq qaçırlar. Operatorlar cinayətkarların arxasınca çıxsalar da onlar silahlı olduğundan qorxaraq geri qayıdırlar.

Məlumat polisə daxil olan kimi Bakı şəhər Baş Polis İdarəsi və Xətai Rayon Polis İdarəsi birgə əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Həsən Mansurov və əvvəllər məhkum olunmuş Bəxtiyar Camalov saxlanılıblar. Məlum olub ki, adı çəkilən şəxslər yanacaqdoldurma məntəqəsinə oyuncaq silahla basqın ediblər.

Həsən Mansurovun yaşadığı evə baxış zamanı oradan hadisə vaxtı istifadə etdikləri oyuncaq tapançalar və maskalar aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri hələ davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda yanacaqdoldurma məntəqəsinə basqın

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.