Cəmiyyət

Mənzil ən çox Bakının hansı ərazisində satılır və niyə?

17 Aprel 2018 20:07
1 Şərh     Baxış: 5 038

Bakıda mənzil bazarında ən böyük aktivlik Yeni Yasamalda, mikrorayonlarda və Əhmədlidə müşahidə olunur.

Milli.Az xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə heyətinin sədri Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, yüksək tələbat bu bölgələrdə mənzillərin daha əlçatan olması ilə əlaqədardır. Bir kvadrat metr üçün orta qiymət 1200-1300 manat ətrafında dəyişir.

Qeyd edək ki, bir müddət əvvəl N.İbrahimov bildirmişdi ki, 2018-ci ilin əvvəlindən Bakıda ilkin mənzil bazarında qiymətlər 3 faiz, fevral ayında isə bir faiz artıb.

Onun sözlərinə görə, eyni zamanda ikinci mənzil bazarında azalma qeydə alınıb.

2017-ci ilin statistikasına gəldikdə isə, ekspertin sözlərinə görə, daşınmaz əmlak bazarında qiymətlər 3,46 faiz azalıb.

Milli.Az

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Акбер · 18 Aprel 07:1310

    о мензиллери ким алыр биз ала билмерик чиновниклер алар

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.