Cəmiyyət

Bakı-Kiyev dəmiryolu reyslərinin sayı artırıla bilər

17 Aprel 2018 19:32
0 Şərh     Baxış: 459

Bakı-Kiyev dəmiryolu reyslərinin sayı artırıla bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Ukrayna Dəmir Yolları" şirkətinin sədri vəzifələrini icra edən Yevgeni Kravtsov öz "Facebook" səhifəsində yazıb.

Y.Kravtsov bildirib ki, bu məsələ həmin reysə böyük tələbatın olacağı təqdirdə nəzərdən keçirilə bilər:

"Ümid edirik ki, sərnişinlər bu marşrutun rahatlığını qiymətləndirəcək. Tələbat artacağı təqdirdə Azərbaycan paytaxtına reyslərin sayı artırıla bilər".

Qeyd edək ki, bir müddət əvvəl Trend məlumat vermişdi ki, aprelin 21-dən başlayaraq Bakı-Xarkov qatarının marşrutu Kiyevədək uzadılacaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.