Cəmiyyət

Müzaribə nədir?

19 Aprel 2018 23:15
0 Şərh     Baxış: 2 193
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sadə dillə desək, müzaribə şərikliyin xüsusi növüdür. Belə ki, bu zaman tərəflərdən biri qazanc əldə etmək məqsədi ilə hər hansı layihəni (işi) həyata keşirmək üçün sərmayə qoyur, o biri tərəf isə həmin işi icra edir.

Milli.Az islam.az-a istinadən bildirir ki, başqa sözlə desək, iki nəfərdən biri öz malı, o biri isə öz zəhməti ilə əməkdaşlıq edir. Müzaribənin şərtlərinə görə, əldə edilən qazanc da tərəflərin arasında bölünür. Qazancın bölünməsində miqdar deyil, hissə (faiz) şərt edilir, məsələn, qazanc tən yarı bölünəcək, yaxud bir hissə birinin, iki hissə o birinin olacaq. Ziyan barədə də qabaqcadan şərtləşmələri lazımdır. Sərmayə hər bir halda öz sahibinin malı hesab edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.