Cəmiyyət

​“Adıma kredit götürüb məni atdı” - Oğul anasını aldadıb 2 arvadının yanına sığındı - VİDEO - FOTO

17 Aprel 2018 14:04
9 Şərh     Baxış: 1 884

ARB TV-nin "Sirdaş Rövşanə" proqramında bu dəfə küçədə yaşayan və kimsəsiz Səyyarə adlı yaşlı qadın yardım istəyib.

Milli.Az bildirir ki, keçmiş qonşusu vasitəsiylə proqrama müraciət edən ana oğlu tərəfindən aldadıldığını iddia edib:

"Bir oğlum var o da məni kreditə qoydu. Mənim kartımla pul götürmüşdü. Dedi ki, banklara borcum var. Hər ay kartımdan 100 manat çıxırlar. Oğlumun 2 arvadı var. Binəqədidə qalırdım, evdən atdılar. Oğlum arvadlarının yanında qalırdı. Kirayə pulunu da özüm verirdim. Qaz pulunu istəyirdilər verə bilmirdim. 4000 manat kredit götürdü. 1000 manatı verdi ki, çörək pulu elə, sabah gəlib onu da aldı".

Oğlu tərəfindən aldadılan ana ikinci dəfə başqa bir şəxs tərəfindən aldadıldığını da bildirib:

"Biləsuvardan Şahin adlı bir oğlan mənə dedi ki, gəl gedək səni analığa götürürəm. Məni Bilgəhə aparıb, kirayə tutdu. Dedi ki, sabah gedək kredit götürək. Bankda dedilər ki, sənə kredit verməyəcəyik, kreditin var. İkinci dəfə də aldandım".

Qadının haqlı olub-olmadığı isə növbəti buraxılışlarda aydınlaşdırılacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Adıma kredit götürüb məni atdı" - Oğul anasını aldadıb 2 arvadının yanına sığındı

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Heybet · 17 Aprel 14:2550

    Allah hec bir valideyini Ovladi ile sinaga cekmesin

    Cavab yaz
    • Anonim
      ? · 17 Aprel 17:0300

      Heybət necəsən? Çoxdandı görünmürsən?

      Cavab yaz
  • Anonim
    · 17 Aprel 15:2200

    Amma hər bir insan malı,övladı,can sağlığı ilə imtahana çəkilir.

    Cavab yaz
  • Anonim
    H · 17 Aprel 15:4511

    Oglumun 2 arvadi var ne demekdi?.kul onun arvadlarininda bawina.hecbir qururlu namuslu abirlu qadin eve ikinci qadinin gelmesine razi olmaz.bele weyler ancaq kend yerlerinse olur

    Cavab yaz
    • Anonim
      Hya · 17 Aprel 16:5511

      Danışığına fikir ver. Hər halda şəhərdəki pozgunluqlar kənddə yoxdur.

      Cavab yaz
  • Anonim
    elvin · 17 Aprel 16:1200

    Oğul və qız ata-anaya yaxşı baxmasa onlardan ikisindən biri ya da ikisi ölsə həmin oğul və qız cəhənnəmə girəcək

    Cavab yaz
  • Anonim
    elvin · 17 Aprel 16:1620

    Ata-ana oğluna və qızına nə desə oğul və qız ata-anasının sözünə qulağ asmalıdır.onları sevindirməli onları güldürməli

    Cavab yaz
  • Anonim
    elvin · 17 Aprel 16:2810

    Rəbbin yanlız ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdu.Əgər onların hər biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa.onlara: Uf!" belə demə.üstlərinə qışqırma və onlara xoş söz söylə (əl isra 23)

    Cavab yaz
  • Anonim
    asi · 17 Aprel 16:3400

    Öz oğlun səni bu vəziyyətə saldıqdan sonra tadın aldatması boş bekara işdi..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.