Cəmiyyət

Azərbaycanda maraqlı olay: Gəzir, işləyir amma ölü kimi qeydiyyatdadır - VİDEO

16 Aprel 2018 23:54
1 Şərh     Baxış: 6 269
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəzir, işləyir amma rəsmi sənədlərdə ölü kimi qeydiyyatdadır. Milli.Az bildirir ki, Masallı rayonu Mollaoba kəndində yaşayan 1974-cü il təvəllüdlü Əlişir Nurəliyevə 35 il bundan əvvəl öldüyü deyilib.

Əlişir Nurəliyev bu ayın əvvəlində Cəlilabad rayonundan avtomobil alıb. Aldığı atvomobili öz adına qeydiyyatdan keçirmək üçün Cəlilabaddakı notariat kontoruna müracət edib. Burada onun təqdim etdiyi şəxsiyət vəsiqəsi etibarsız sayılıb. Əlişir Nurəliyevə deyilib ki, onun təqdim etdiyi şəxsiyyət vəsiqəsinin sahibi 1983-cü ildə dünyasını dəyişib.

Sağ ikən öldüyü iddia olunan Əlişir bu cür problemlə 44 il ərzində ilk dəfə qarşılaşdığını deyir.Bu illər ərzində bir neçə dəfə şəxsiyyət və sürücülük vəsiqələrini dəyişən Əlişir Nurəliyev indi necə öldüyünü heç özü də anlamır.

Məsələ ilə bağlı Ədliyyə nazirliyinin Masallı rayon qeydıyyat şöbəsi ilə əlaqə saxladıq. Şöbədən bildirildi ki, Əlişir Nurəliyev doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi ilə birlikdə müraciət etməlidir. Ola bilər ki,sistemdə həmin şəxsin qeydiyyatı səhv düşsün. Məsələ ətraflı araşdırıldıqdan sonra Əlişir Nurəliyevə məlumat veriləcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Masallıda maraqlı olay: Gəzir, işləyir amma ölü kimi qeydiyyatdadır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.