Cəmiyyət

Yabanı bitkilərə qarşı dərman səpini apardılar - Nəticə gözləniləndən fərqli oldu - VİDEO

16 Aprel 2018 22:44
0 Şərh     Baxış: 1 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmaz rayonunun Əbilyataq kənd sakini Ehtibar Əbdürəhmanov taxıl sahəsində yabanı bitkilərə qarşı istifadə etdiyi dərman əkinə təsir edib.

Kənd sakini deyir ki, bir neçə nəfər bigə 8 hektar ərazidə taxıl əkiblər. Sonuncu dəfə Rayonun Regional Aqrolizinq ASC-də Kənd Təsərrüfatı üçün lizing yolu ilə satılan, suda həll olunan dərman alıblar və taxıl sahələrində yabanı bitkilərə qarşı istifadə ediblər. Milli.Az bildirir ki, nəticədə yabanı bitkilər yox, taxıl saralıb və quruyub.

Kəndlilər deyir ki, dərman qabının üzərində necə yazılıbsa o şərtlərə də əməl olunub. Lakin dərman əks təsir göstərib.

Bu məsələ ilə bağlı Xaçmaz Regional Aqrolizinq ASC-nin direktoru Rafiq Tağıyev "XəzərXəbər"ə bildirdi ki, araşdırma nəticəsində məlum oldu ki, vətəndaş Ehtibar Əbdürəhmanov taxıl üçün yox, bağ üçün olan herbisit dərmanını əkin sahəsinə səpib. Buna görə də taxıl sahəsi ziyan görüb. O dərman meyvə ağaclarınıını diblərinə səpilir ki, oradakı yabanı bitkilər məhv olsun. Bu preparatı əkin sahəsində istifadə etmək olmaz. Ehtibar Əbdürəhmanov deyir ki, 30 ildən çoxdur ki, əkinlə məşğul olur və ilk dəfədir ki, belə hadisə ilə üzləşir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yabanı bitkilərə qarşı dərman səpini apardılar - Nəticə gözləniləndən fərqli oldu

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.