Cəmiyyət

Aprel ayında Azərbaycana qar yağdı - VİDEO - FOTO

16 Aprel 2018 15:58
8 Şərh     Baxış: 3 102

Şimal-qərb də soyuq hava özünü daha çox Şamaxının dağ kəndlərində göstərib.

Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, dağlıq ərazilərdə qar yağıb. Qışda həsrət qaldığımız qarın indi yağması təsərrüfatçıları məyus etsə də, Qəbələdə turistləri bir xeyli sevindirib. Yağıntı, əsasən, Şamaxının Çuxuryud-Pirqulu, Dəmirçi-Sis-Qəleybuğurd və Qaladərəsi kəndlərində müşahidə edilib.

Kəndlərdə havanın temperaturu da əvvəlki günlərlə müqayisədə 8-9 dərəcə aşağı düşüb. Aprel ayında qarın yağması sakinlər və kəndə gələn turistlər üçün gözlənilməz olub.

Mehdi Mahmudov - sakin: "Hamımız keçmişik yay təkərinə. Belə hava gözləmirdik. Qarlıyıb, getmək mümkün deyil".

Hamlet Əzizov - turist: "Bakıdan gəlirdik rayona. Heç gözləmirdik ki, belə hava olar. Maşının təkərlərini dəyişdik. Gözəllikdir".

Fillip Filipin -  xarici turist: "Əlbəttə, biz heç gözləmirdik qar yağacağını. Buraya gəldikcə isə bu cür mənzərə ilə qarşılaşdıq. Əynimiz də o qədər qalın deyil. Bakıdan çıxarkən hazırlıqsız gəlmişik".

Qarın ən çox düşdüyü ərazi Şamaxının Dəmirçi kəndi olub. Burada qarın hündürlüyü 30-35 santimetrə çatıb. Sakinlərin sözlərinə görə, 20 ilə yaxındır ki, yaz fəslinin ortalarında bu qədər qarın yağmasına rast gəlməyiblər.

Ağahüseyn Hüseyinov - sakin: "20 ildən bir təsadüfən sulu qar yağardı. Apreldə bu qarın yağması mer-meyvəyə ziyandır".

Təsərrüfatçılar qarın yağmasının taxıl sahələri üçün xeyirli olsa da çiçəklənən meyvə ağaclarına ziyan vuracağını düşünür. 

Qəbələyə qarın yağması isə turistlərin ürəyincə olub. Rayonun Laza, Qəmərvan, Bum, Durca kəndlərində güclü qar müşahidə olunub. Qış turizmi rayonlarından olan Qəbələyə qarın yağması ilə yenidən canlanma müşahidə olunub.

Zəhra Bəhrani - turist: "İlk dəfədir ki, təbii qar görürəm. Bütün ərəb ölkələrini buraya dəvət edirəm və düşünürəm ki, bizim paylaşımlarımızdan sonra buraya axın çox olacaq".

Qeyri-sabit hava şəraitinin sabahdan etibarən dəyişəcəyi ehtimal olunur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Aprel yaında Azərbaycana qar yağdı

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

8 Şərh:

  • Anonim
    malades · 16 Aprel 16:2331

    Filipin nə vecinədir? Şaxta olsa bizim meyvələr məhv olacaq, Filipinki yox. Onlarınkı həmişə bahardı.

    Cavab yaz
  • Anonim
    Aydlndl · 16 Aprel 16:3531

    Her wey feslinde gozeldi.Aprel hara qar hara

    Cavab yaz
    • Anonim
      Aydlndlya · 16 Aprel 23:0813

      Sizin kimilərə görə bele olur

      Cavab yaz
  • Anonim
    Eldar · 16 Aprel 16:5822

    Men bele basha dushurem havalar hele isinen deyil

    Cavab yaz
    • Anonim
      Tural · 16 Aprel 21:4041

      Bakıya Qar haçan Yağacaq goresen

      Cavab yaz
      • Anonim
        Şahin · 16 Aprel 22:5014

        Sən öləndən sonra yağacaq

        Cavab yaz
        • Anonim
          Tural · 16 Aprel 23:2632

          Öl Sen Özun Axmaq

          Cavab yaz
      • Anonim
        Şahin · 16 Aprel 22:5014

        Gələn qış

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.