Cəmiyyət

Atadan 3 oğula qalan miras - VİDEO - FOTO

16 Aprel 2018 20:15
0 Şərh     Baxış: 2 032

Misgərlik sənətinin mənbəyi İsmayıllı rayonunun Lahıc qəsəbəsi hesab edilir. Paytaxtda olması isə təəccüblü deyil.

Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində 3 qardaş 30 ilə yaxındır ki, bu sənəti yaşatmaqdadır.

Milli.Az ARB 24-ə istinadən xəbər verir ki, Eyvazovlar ailəsinin bu sənətə olan marağı və misgərliyi gənc nəslə çatdırma həvəsi onları ölkənin hüdudlarından kənara da aparıb. Zahid Eyvazov bu qədim sənəti 14 yaşında olarkən atasından öyrənib. O, misgər kimi fəaliyyətə Dağıstanda başlayıb. Zahid Eyvazov hazırda 42 illik peşəsini Bakının birinci sənətkarlar məhəlləsi hesab edilən, Kubinka kimi tanınan ərazidə davam etdirir.

Zahid Eyvazov: "Mən bu sənətə atamla birgə Dağıstanın Süleymansal rayonunda fəaliyyətə başladım. Orda su səhəngləri, mis qablar və s. Kimi köhnə qabları düzəltməklə məşğul idik. 12 il sərbəst işlədim.Daha sonra gəldim doğma Azərbaycanımıza".

Zahid Eyvazov kimi qardaşları - Zakir və Mehman da atalarının sənətini davam etdirirlər. Onların sözlərinə görə, yaratdıqları əl işlərini əldə etmək üçün müştərilər hətta xaricdən belə onlara üz tutur. Səbəb görülən keyfiyyətli işin münasib qiymətə təklif edilməsidir.

Zakir Eyvazov: "10 manatlıq iş olursa, mən onu yarı qiymətinə verirəm". 

Qardaşların sonuncusu Mehman deyir ki, tələbat daha çox mis samovarlara olur. Onun hazırlanması qışda çətinlik yaratsa da, yayda zövq verir. Eyvazov qardaşları bildirirlər ki, onlar hazırda da sənətin görünməyən incəliklərini öyrənmək üçün 87 yaşlı atalarının tövsiyələrindən bəhrələnirlər. Nəsildən-nəsilə keçən misgərliyi yaşatmaq üçün bu gün isə övladlarına bu sənətin sirlərini öyrədirlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Atadan 3 oğula qalan miras

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.