Cəmiyyət

Huawei P smart gənc istifadəçilərin dəbli smartfonu kimi təqdim edildi

16 Aprel 2018 11:30
Baxış: 4 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Huawei-in bu il təqdim etdiyi ən son məhsul seriyası ‒ P smart smartfonları çərçivəsiz ekran dizaynına fokuslanaraq tam yeni EMUI 8.0 əməliyyat sistemi ilə (Android 8.0) təchiz edilib. Eksklüziv Face Beauty alqoritmi, əl hərəkəti ilə çəkiliş (gesture shot) funksiyası və digər xüsusiyyətləri bu dəbli seriyanı gənc istifadəçilər üçün individual edir.

Tam çərçivəsiz ekran: Maksimum görüntü
Huawei P smartın tərəflər nisbəti 18:9, ekran-gövdə nisbəti 76%-dən çox olan 5.65 düymlük ekranı sizə həmişəkindən daha geniş görüntü təqdim edir. Mükəmməl quruluşu, cazibəli 2.5D şüşə ekranı ilə Huawei P smart smartfonu əldə daha yığcam və daha rahat tutulur.
Tam çərçivəsiz ekran antena və radiotezlik üçün olan və daha çox enerji tutan sahəni 50%-dək azaldaraq orijinal smartfon antenası üçün həll yolunu tapmışdır. Smartfonun performansını və etibarlılığını təmin etmək üçün Huawei mühəndisləri Huawei P Smart seriyalarını qabaqcıl texnologiya ilə təchiz ediblər.

Ağıllı gözəllik (Smart Face Beauty) və əl hərəkəti ilə çəkiliş: Smartfonun kameraları nə istədiyinizi bilir
Dəblə ayaqlaşan gənclərin vərdişlərini qarşılamaq üçün Huawei P Smart seriyaları 13 Mp + 2 Mp arxa cüt kameralara sahibdir. Cüt kamera, bokeh effekti, ön portret rejimi, ağıllı gözəllik, əl hərəkəti ilə çəkiliş və digər xüsusiyyətləri ilə birlikdə bu smartfon seriyası sizin nə istədiyinizi bilir. Gecə çəkilişlərinin daha mükəmməl olması üçün Huawei P smart beş qrup ən dəqiq linzaları sayəsində zəif işıqlandırılmış yerdə belə daha təmiz, daha aydın şəkillər təqdim edir. Huawei P smart seriyaları ön portret rejimini dəstəkləyən 8 Mp ön ağıllı gözəllik funksiyalı kameraya sahibdir.

EMUI 8.0 və Kirin 659 prosessoru ilə qüsursuz istifadəçi təcrübəsi
Gücləndirilmiş emal prosesinə əsalanan EMUI 8.0 Huawei-in istifadəçilər üçün ən rahat əməliyyat sistemidir. Kirin 659 presessoru ilə EMUI 8.0 sisteminin dərin kombinasiyası, maşın təlimi, intellektual qavrama texnologiyaları və digər xüsusiyyətləri sayəsində Huawei P smart istifadəçi vərdişlərini öyrənir, istifadəçi davranışlarını dəqiqliklə müəyyənləşdirir və tətbiqin işləməsi üçün prosessorun yüklənməsini effektiv şəkildə planlaşdırır. Bununla da sizə qüsursuz istifadəçi rahatlığından zövq almağa inkan yaradır.

Təhlükəsiz barmaq izi tanıma və artırılmış güc
Smartfonların standart funksiyalarından olan barmaq izi skaneri rahat və sürətli başlanğıc təklif edir. Huawei P smart seriyasının 3 saniyə içində barmaq izini tanıyan Fingerprint 4.0 texnologiyası yanlış rəddetmə dərəcəsi (FRR) 2%-dən az və yalnış qəbuletmə dərəcəsi (FAR) 1/50000-dən az olmaqla rəqiblərinə nəzərən daha yaxşı istifadəçi təcrübəsi təqdim edir. Bundan başqa Huawei P smart istifadəçilərinə daha intellektual təcrübə yaşatmaq üçün barmaq izi skanerini digər funksiyalarla birləşdirərək barmaq izi ilə menyu naviqasiyası, kamera idarə olunması və zəngli saat söndürülməsi kimi yenilikçi tətbiqlər hazırlayıb.
Huawei-in süni intellekt texnologiyası ilə təchiz edilən Huawei P smart bir toxunuşla ekranı ikiyə bölmə, Huawei Share və Dual Bluetooth Connections funksiyası ilə məlumatların digər telefona ötürülməsi kimi daha yüksək keyfiyyətli və asanlaşdırma xüsusiyyətləri ilə sizə təqdim edilən üstünlüklərdən zövq almaq imkanı verir.
Batareyasının uzun ömürlü olması Huawei smartfonlarının əsas rəqabət üstünlüklərindəndir. Huawei P smartın 3000 mAH gücündə olan batareyası intellektual enerjiyə qənaət texnologiyası (Intelligent Power-saving technology 6.0) sayəsində smartfonun gün ərzində fəaliyyətini təmin edir.

Rəsmi olaraq mağazalarda satışa çıxarılan Huawei P smart smartfonunun tövsiyə edilən satış qiyməti 649 AZN-dir.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.