Cəmiyyət

Mədəkiçiltmə əməliyyatına hər xəstə gedə bilməz - VİDEO

15 Aprel 2018 21:12
0 Şərh     Baxış: 1 388

Bu gün mədəkiçiltmə əməliyyatına estetik cərrahiyyə kimi baxılır. Həkimlər isə bildirirlər ki, hər xəstə bu əməliyyata gedə bilməz. Mədəkiçiltmə əməliyyatı yalnız piylənmədən əziyyət çəkən, bunun sayəsində də müxtəlif xəstəliklərə düçar olan və diyeta ilə arılqlaya bilməyən pasiyentlər üzərində həyata keçirilməlidir. Çünki, bu əməliyyatın hətta ölümlə nəticələnə bilən ciddi fəsadları əmələ gələ bilər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, mədəkiçiltmə əməliyyatı ciddi fəsadlara yol aça, hətta ölümlə də nəticələnə bilər.

Həkimlər deyirlər ki, əksər insanlar Bariatrik cərrahiyyəyə, yəni mədəkiçiltmə əməliyyatına estetika xatirinə müraciət edirlər. Amma bu əməliyyatın məqsədi pasiyentləri piylənmədən yaranan bir sıra xəstəliklərdən xilas etməkdir.

Cərrah Samir Hacıbalayev deyir ki, mədəkiçiltmə əməliyyatı üçün ona müraciət edən xəstələrin 65-70 faizinə diyeta saxlamağı məsləhət görərək bu əməlliyyatdan imtina edib. Çünki, bu əməlliyyat bir sıra ciddi fəsadlar yarada, hətta ölümlə də nəticələnə bilər. Ölkə xaricində bu əməlliyyatın fəsadlarından ölənlər də olub.

Samir Hacıbalayev bildirir ki, mədəkiçiltmə əməliyyatının zəruri olduğu bəzi pasiyentlər də müxtəlif üsullarla çəkini qismən azaltdıqdan sonra cərrahiyyə masasına qəbul edilir.

Dietoloqlara da bildirirlər ki, bəzi pasiyentlər müxtəlif səbəblərdən diyetaya tab gətirə bilmir. Yalnız bu halda ona mədəkiçiltmə əməliyyatı məsləhət görülür.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Mədəkiçiltmə əməliyyatına hər xəstə gedə bilməz

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.