Cəmiyyət

Qəbələdə canavarlar həyətə soxuldu – Qoyunları parçaladı - VİDEO

15 Aprel 2018 21:09
0 Şərh     Baxış: 1 052
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəbələ rayonunun Böyük Əmirli kəndində qoyunlara canavarlar hücum edib. Gecə saat 4 radələrində qoyunların olduğu qapalı əraziyə soxulan vəhşi heyvanlar orda olan 18 qoyunu öldürüb, 17 qoyunu isə yaralayıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, canavarlar həyətə soxulub, xırdabuynuzlu heyvanları tələf edib.

Hadisə Qəbələ rayonunun Böyük Əmirli kəndində, İbad Əmrahovun təsərrüfatında baş verib. Tövləyə girən canavarlar 18 baş heyvanı öldürüb, 17 baş qoyunu isə yaralayıb.Vəhşi heyvanlar beton hasardan aşaraq tövləyə girib.

Kənd sakinləri deyir ki, kənddə belə hadisələr tez-tez olur. Tədbirlər görülmədiyi üçün Canavarlar həyətlərə girib sərbəst gəzirlər.

Rayonun Baş baytar həkimi Bəhman Abdurəhmanov bildirdi ki, cəsədlər baytar həkimlər tərəfindən basdırılıb və quduzluğa qarşı vaksinasiya tədbirləri aparılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qəbələdə canavarlar həyətə soxuldu

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.