Cəmiyyət

Şimal bölgəsinə qar yağdı - VİDEO

15 Aprel 2018 20:54
2 Şərh     Baxış: 2 710

Ötən gün axşam saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bölgəyə qar yağmağa başlayıb.

Quba və Qusarın dağlıq ərazilərinə 48 sm qalınlığında qar düşüb. Havanın temperaturu mənfi 1-6 dərəcə arasında dəyişir.

Qubanın Xınalıq kəndinə 48 sm, Qırız kəndində 28 sm, Xaltanda 12 sm, Qusarın Ləzə kəndində isə 20 sm, Xızının Altıağac qəsəbəsində 16 sm qalınlığında qar yağıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Şimal bölgəsinə qar yağdı

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Tovuzlu Tutu · 15 Aprel 21:0231

    Bu günki soyuq hava elə bu qarın soyuğu imiş də.

    Cavab yaz
    • Anonim
      Tural · 15 Aprel 22:1231

      He ))))))))))))))

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.