Cəmiyyət

Cəlilabadda kurqan tapıldı - VİDEO

15 Aprel 2018 20:53
1 Şərh     Baxış: 1 627

Cəlilabadda orta əsrlərə aid olduğu güman edilən kurqan aşkar olunub. İnsan sümükləri və digər əşyaların tapıldığı yerdə indiyə kimi arxeoloji tədqiqatlar aparılmayıb. Artıq tapıntı ilə bağlı Milli Elmlər Akademiyasının Arxeolojiya və Etnoqrafiya İnstutuna məlumat verilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bayraq dirəyi basdırılamsı üçün qazıntı işləri aparılarkən insan sümüklərinin qalıqları aşkar olunub.

Cəlilabadin Şıxlar kəndindəki ərazidəki qəbirin xüsusi ölçülü qırmızı kərpic parçaları ilə əhtə olunduğundan buranın qədim kurqan olduğu ehtimal edilir.

Kənddəki Kiçik təpəcik ərazi uzun müddətdən bəri tarixçilərin diqqətini cəlb etsə də burada indiyə kimi arxeoloji tədqiqatlar aparılmayıb.Tarixçi Ələsgər Mirzəzadənin sözlərinə görə burada qazıntı işləri aparılarsa Kurqan abidəsi ilə bağlı daha müfəssəl məlumatlar əldə etmək olar.

Tarixi mənbələrdə məlumdur ki, bu kimi qəbir abidələri yüksək nüfuza malik olan şəxslər üçün ucaldılırmış.Artıq tapıntı ilə bağlı Milli Elmlər Akademiyasının Arxeolojiya və Etnoqrafiya İnstutuna məlumat verilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Cəlilabadda kurqan tapıldı

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Neandertal · 16 Aprel 09:0500

    Ay tarixçi Ə.Mirzəzadə ana dilində "kurqan" nə deməkdir? Arxeoloqla tapıntını təsvir edin əhali, aid qurum və ilgili adamlar maraqlanar.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.