Cəmiyyət

“Gülnarəyə telefon və nömrə alıb verdim, dedim ərindən boşanma”

15 Aprel 2018 20:19
35 Şərh     Baxış: 17 466

Cütlüklər arasında günbəgün artan narazılıqların, münaqişələrin tüğyan etdiyi ailədə çıxış yolunu boşanmaqda görən üç uşaq anası sonda məhkəməyə üz tutub. Arvadının ondan boşanmaq istədiyini öyrənən ailə başçısı isə elə həmin gün onu qanına qəltan edib. Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini 52 yaşlı Yuri Vanyaginin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, cinayət hadisəsi ötən il avqustun 7-də Hövsan qəsəbəsində baş verib. Həyat yoldaşı Gülnarə Vanyaginanın ondan boşanmaq istəməsi ailə başçısının qəzəbləndirib. Ər-arvad arasında yaranmış münaqişə onlardan birini xəstəxanaya, digərini isə həbsxanaya yollayıb.

Təqsirləndirilən Yuri Vanyagin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində Gülnarə Ənvərovna ilə 2002-ci ildə evləndirklərini, birgə nikahdan üç övladları olduğunu, mehriban dolandıqlarını göstərib. V.Vanyaginin ifadəsinə görə, ötən il Gülnarənin çay evlərindən birinə işə düzəlməsi ailədaxili narazılıqlara gətirib çıxarıb. Həyat yoldaşının günlərlə evə gəlməməsi onda şübhələr yaradıb. Arvadının başqa kişi ilə əlaqəsinin olmasından şübhələnən Yuri mütəmadi olaraq bununla bağlı Gülnarə ilə mübahisə edib. Son olaraq qadın ona boşanmaq istədiyini bildirib: "Boşanmaq istəmədiyimi dedim. Hadisə baş verən gün qızımdan anasının harada olduğunu soruşdum. O da anasının boşanmaq üçün sənədləri düzəldib məhkəməyə getdiyini söylədi. Gülnarəni fikrindən daşındırmaq istəsəm də, razılaşmadı. Əsəbləşib mətbəxdən bıçaq götürüb Gülnarəni vurdum. Sonra ona tibbi yardım göstərdim. Gülnarə məhkəməyə müraciət etmədiyinə and içdi. Onu maşına qoyub xəstəxanaya apardım".

Y.Vanyagin arvadına xəsarət yetirmək niyyətində olmadığını, boşanmaq fikrindən daşındırmaq üçün qorxutmaq istədiyini deyib: "Gülnarənin məndən niyə boşanmaq istədiyini bilmirəm. Əməlimdən peşmanam".

Zərərçəkmiş Gülnarə Vanyagina ifadəsində həyat yoldaşı ilə yola getmədiklərini, bu səbəbdən də boşanmaq qərarına gəldiyini deyib: "Yuri evi satıb pulu yarı bölməyi təklif etdi. Ona görə də, hadisə baş verən gün Suraxanı rayon məhkəməsinə gedib boşanmaq üçün müraciət etdim. Geri qayıdanda uşaqlarımın üçü də evdə idi. Yuri gəldiyimdən xəbər tutub məni söyməyə, təhqir etməyə başladı, güldüm. O isə mətbəxdən bıçaq götürüb üstümə gəldi. Qorxumdan bloka qaçdım. Arxamca gəlib saçımdan yapışdı, bıçaqla vurdu. Qan gəldiyini görüb məni içəri apardı. Yenidən vurmaq istəyəndə məhkəməyə getmədiyimə and içdim. Qanaxmanı dayandırmaq üçün yarama əski qoydu, divana uzatdı, tibbi yardım göstərdi. Səsə qonşular gəldilər. Yuri qapını açmaq istəməyəndə polisə şikayət edəcəklərini dedilər. Məni qonşunun avtomobili ilə xəstəxanaya çatdırdılar. Yuri mənə səbəbsiz yerə xəsarət yetirib. Ona ağır cəza verilməsini xahiş edirəm".

Şahid qismində dindirilən Anar Zaidov ifadəsində 2017-ci ilin may ayının əvvəllərində "Malakan" bağında tanımadığı bir qadının oturacaqlardan birində ağladığının şahidi olduğunu, ona yaxınlaşıb söhbət etdiyini göstərib: "Ailə vəziyyətinin çətinliyindən danışdı, tanışlığımız yarandı. Sonradan "Əhmədli" metrosunun yanında parkda görüşdük. Ona mobil telefon və nömrə alıb verdim. Bir müddət telefonla əlaqə saxladıq, arabir görüşdük. Gülnarənin ailə vəziyyətinin çətin olduğunu bildiyimə görə hər dəfə ailə məsələləri ilə bağlı səbrli olmağı, boşanmamağı məsləhət görürdüm, maddi yardım göstərməyə çalışırdım. Bizim aramızda yalnız dostluq münasibəti olub, başqa münasibətimiz olmayıb".

Məhkəmənin hökmü ilə Yuri Vanyagin 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən apellyasiya şikayəti verilib. Apellyasiya şikayətinə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılacaq.

Milli.Az

Şərh yaz:

35 Şərh:

  • Anonim
    f · 15 Aprel 20:26130

    Malakan baginda aglayibsa ,'haqqin'yolunu tapib.

    Cavab yaz
  • Anonim
    asi · 15 Aprel 20:3080

    Şəkilin hadisəyə nə dəxli var idi, onu anlaçdım..Güliçka da arada özünü deyəsən çox məsum obrazına salıb..Heyif ki, iki iri adamın hoqqasından uşaqıar əziyyət çəkir..Yoxsa, mən hələ ki, Güliçkaya və Yuricikə haqq verə biləcək ciddi arqument tapa bilmirəm..

    Cavab yaz
    • Anonim
      asiyə) · 15 Aprel 21:0450

      Şəkildəki hadisə bıçaqlanma hadisəsi ilə düz mütənasibdir.

      Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 15 Aprel 21:05104

      Yeqin Anar Zaidovun seklidi Malakan baqindaki ehvalatdan sonra oz baqlarina gelibler seklide orda cekdiribler )))

      Cavab yaz
      • Anonim
        asi · 15 Aprel 21:2222

        Əgər elədirsə, onda öz bağının meyvəsi türklər demiş heç də fəna deyil..Nədən qonşu bağın meyvəsinə tamah salıb?)

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 15 Aprel 21:2953

          Fikirlesib prob edim gorum onun dadi necedi ?Aqlina gelmiyib ki prob eden kimi derhal Cennetden qovulacaq)))İ

          Cavab yaz
        • Anonim
          asiyə) · 15 Aprel 21:3450

          Adəm babamız, Həvva nənəmizin yol verdiyi xətanı yadına sal! Allah şeytana lənət eləsin.

          Cavab yaz
          • Anonim
            asi · 15 Aprel 21:5620

            Şeytan insanın nəfsidir)..Baxır kim nədə və harada nəfsinə hakim ola bilməyib, səhv edir..

            Cavab yaz
            • Anonim
              asiyə) · 15 Aprel 22:1221

              Allah Yuri müəllimin də qapısın açsın.

            • Anonim
              asi · 15 Aprel 22:2024

              Istəyərsə, açsın, etirazım yox..Amma Yuri Yuri olsaydı, arvadı ondan boşanmazdı, həm də başqa " arkadaşa" görə...

            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 15 Aprel 22:5334

              Asi,Yuri Qaqarin olsaydi sen deyen olardi arvadi ondan bosanmazdi Bu Yuri Marqarindi süni qatqisi var ona gore yaqliliqi az olub ona görə arvadi esl kərə yaqi axtarirmiş )))

            • Anonim
              Esraya · 15 Aprel 23:0920

              deyəsən ankor yağı tapmişdi boqazından keçmədi Yuri imkan vermədi

            • Anonim
              Esra ibrahimli(Samaxi) · 15 Aprel 23:1950

              Olan elə yaziq Yuriye olduda indi bu 5 il erzinde bu Güliçka xanim Malakan super marketler şebekesinden ankorlar möcuzeler tulcinkalarve saireler alib eridib isledecek isledecek ki ta ki vaxt vede tamam oldu Yurinin sezonu bitdi ya da Yuriye Allahdan amnistiya dusmeyi arzulayak tez bazar gelsin ))

  • Anonim
    · 15 Aprel 20:34120

    Anar Zaidov,yalansa sənin üzünə tüpürsünlər,benzinə kibriti sən vurmusan elə

    Cavab yaz
    • Anonim
      55 · 16 Aprel 09:1220

      Qaa qəşəng deyib. dostuq

      Cavab yaz
  • Anonim
    Filizdinə · 15 Aprel 20:35112

    Bu gündən sizədə var

    Cavab yaz
    • Anonim
      20:35 · 15 Aprel 21:4043

      Mende onu yazmaq istedim )))) o sekildeki veziyyetdedi filizcik. Birazda milli azda onlari gorerik hadi bakalim )

      Cavab yaz
  • Anonim
    Ziya · 15 Aprel 20:3920

    Allah uzaq etsin. Bele insanlardan da ozumuzden de.

    Cavab yaz
  • Anonim
    QQ · 15 Aprel 20:59110

    Yuri 5 il həbsdə yatsa Gulnarə də təzə tanışı ilə kef çəkib axirda da ,,təmiz dünyaya" müraciət edəcək.3 uşagı vsr başqasiyla göruşur .Yurini qınamaga dəyərmi ? Ərli qadının da kişi dostu olar ?

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 Aprel 21:1093

    5 il erzinde bu xanim ayda 1 defe Malakan baqina gedib aqlayar Allaha da yalvarar Molla Nesreddin demis 5 ile ya Yuri ölsün ya da Malakan baqi plana düşsün söksünler)))

    Cavab yaz
    • Anonim
      anar · 15 Aprel 21:5541

      Esra mirtsane..neter guldumaaa...sesli guldume...uwaqlar oyandi..yadimdan cixb sessize qoymamiwam

      Cavab yaz
      • Anonim
        Esra İbrahimli(Samaxi) · 15 Aprel 22:1613

        Anar Allah guldursun her zaman

        Cavab yaz
      • Anonim
        Esra ibrahimli(Samaxi) · 15 Aprel 22:2053

        Sen güldün usaqlar oyandi gülmeyi sessize nece qoyurlar həəəəəə:))))))

        Cavab yaz
  • Anonim
    Daglı · 15 Aprel 21:1450

    Milli az. müəllim dediyiniz bag çoxdandırki Fəvvarələr meydanı adlanır.

    Cavab yaz
  • Anonim
    Aga · 15 Aprel 21:2410

    Yazig uşaglar

    Cavab yaz
  • Anonim
    Dagli ya · 15 Aprel 21:4931

    Malakan bagi fevvareler meydani deyil.kohne incesenet universitetinin qarwisindaki bagdi. Kohne Molokan. Indi Xalqani bagi olub.ama yene malakan bagi deyir hami

    Cavab yaz
    • Anonim
      Daglı · 15 Aprel 22:0720

      Xəqani parkı da Fəvvarələr meydanının tərkibinə daxildir.

      Cavab yaz
  • Anonim
    Seva .. · 15 Aprel 21:5450

    Kim eriyle dalawib malakan bagi na getse ona bir telefon ustunde de bir nomre verilecek.uste like herden maddi yardim da edilecek . Kul senin arvad bawina.tutaqki erinle dalawib getdin baga.ele o deqe de kimse gelib nese verse sora goruwek dese gedecekdin se o yuri seni birdefelik vuraydi gerek.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 15 Aprel 21:5952

      Saq selamet cixsa 5 ilden sonra harda gorse birdefelik vuracak ))))

      Cavab yaz
  • Anonim
    Seva .. · 15 Aprel 22:0210

    Gudaza bedbext Yuri getdi. Inaninki o qadin o kiwini coxdan tapibmiw ele ona gore de bowanirmiw.

    Cavab yaz
  • Anonim
    Zamin · 16 Aprel 13:2910

    Bu qadının milliyyəti nədir ?

    Cavab yaz
    • Anonim
      zamine · 16 Aprel 14:0620

      Tatar ola biler?Gulnare en cox olarda da olur.Cunki rus cetin muselman alsin.

      Cavab yaz
      • Anonim
        Anonim · 16 Aprel 20:2400

        Tatarda ele muselmandida.

        Cavab yaz
        • Anonim
          Anonime · 16 Aprel 22:1020

          Muselmandır bəlı.Bildiyimə görə ruslar azərbaycanlı yox ,tatar alırlar.Azerbaycanlı yazacaqdım.

          Cavab yaz
  • Anonim
    Anonim · 16 Aprel 20:2723

    Bu lap bacanaqlar serialindaki Bestinin sohbelerine oxwadi. Yadima Spartakin Bestiye "menevi" destek olmagi duwdu.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.