Cəmiyyət

Azərbaycan əhalisi pulunu nəyə sərf edir?

15 Aprel 2018 10:46
11 Şərh     Baxış: 2 388

2018-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 8,5 milyard manata bərabər olub.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, ticarət dövriyyəsinin 4,3 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,2 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-mart aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,0 faiz və 3,3 faiz üstələyib. Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Hesabat rübündə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,7 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,2 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,0 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2018-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının 13,0 faizi ticarət müəssisələri, 52,5 faizi fərdi sahibkarlar tərəfindən, 34,5 faizi isə bazar və yarmarkalarda satılıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,3 faiz, fərdi sahibkarlar üzrə 0,9 faiz artıb, bazar və yarmarkalarda dəyişməz qalıb.

Hesabat rübündə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 289,2 manat və ya 2017-ci ilin yanvar-mart aylarının göstəricisindən nominal ifadədə 16,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 146,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Milli.Az

loading...

Şərh yaz:

11 Şərh:

  • Anonim
    melik · 15 Aprel 11:2210

    qaz isiq pulu

    Cavab yaz
    • Anonim
      Raul · 15 Aprel 13:1530

      Bacarana can qurban normal yasayir cammat hami aqlayir maqzinlerde novbedir

      Cavab yaz
      • Anonim
        Raula · 15 Aprel 14:2400

        70faiz endirim olanda?

        Cavab yaz
  • Anonim
    Ali · 15 Aprel 11:2520

    Qaza ışığ su borca i vso

    Cavab yaz
    • Anonim
      Ali e · 15 Aprel 20:1700

      Otopleniyani da gel ustune.

      Cavab yaz
  • Anonim
    hekim · 15 Aprel 12:0660

    salam. azerbaycan xalqi son illerde pullarini hekimlere ve apteklerdeki keyfiyyeti namelum dermanlara xercleyirler. elbettdeki mecburiyyetden.

    Cavab yaz
  • Anonim
    ))))) · 15 Aprel 12:1461

    Hansi pulu?sohbet qepik quruwdan gedirse kommunal,yemek toy vessalam.90 faiz gucnen dolanir yeni birini edir ikinciye baxa baxa qalir

    Cavab yaz
  • Anonim
    Aydlndl · 15 Aprel 12:1821

    Hansl puldan sohbet gedir?

    Cavab yaz
  • Anonim
    · 15 Aprel 12:5640

    Pulsuz ancaq hava uduruq,bir də evimizin içində o baş bu başa gedirik

    Cavab yaz
  • Anonim
    J · 15 Aprel 14:2320

    Qarnimizaaa xercleyirik...neyniyekk yemiyek xestelikler tapaq.xestelik tapdin apteke hekimlere yas meclisi ver qebir duzelt ele bunlardansa gedin keyfiyyetli qidalar alin qidalanin...

    Cavab yaz
    • Anonim
      $.$.$. · 15 Aprel 16:0510

      duz deyirsiniz normal saqlam qidalanmaq lazımdır ki xəstələnib apteklərdəki bahalı dərmanlara möhtac olmayaq.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.