Cəmiyyət

Sınaq imtahanı keçirilib - YENİLƏNİB

15 Aprel 2018 15:14
5 Şərh     Baxış: 2 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:14

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən sınaq imtahanları respublikanın 18 şəhər və rayonunda keçirilib.

DİM-dən Milli.Az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün 23124 abituriyent qeydiyyatdan keçib.

İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub.

İmtahan iştirakçılarına öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün imtahan mərkəzlərində zəruri şərait yaradılıb.

Aprelin 16-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, aprelin 16-da gün ərzində abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahını, etalon cavabları DİM-in saytından əldə edə biləcəklər.

Sınaq imtahanlarında istifadə olunmuş sual kitabçalarını və test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində>"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> "Sual kitabçaları" və ya "Test tapşırıqlarının izahı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkün olacaq.

----------
09:38

Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün bu gün 18 şəhər və rayonda sınaq imtahanları keçirir.

DİM-dən Milli.Az-ya verilən məlumata görə, imtahanlar Bakı, Sumqayıt, Xırdalan, Naxçıvan, Gəncə, Tovuz, Mingəçevir, Yevlax, Şəki, Qax, Bərdə, Göyçay, İsmayıllı, Şirvan, Saatlı, Lənkəran, Cəlilabad, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 45 binada olacaq. 

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 23 124 abituriyent qeydiyyatdan keçib.

Sınaq imtahanı bütün binalarda 1 növbə üzrə olmaqla saat 11:00-da başlanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.